Icma.az
close
up
RU
Süni zəka və insan düşüncəsi arasında oxşarlıqlar hansıdır? Çinli alimdən CAVAB

Süni zəka və insan düşüncəsi arasında oxşarlıqlar hansıdır? Çinli alimdən CAVAB

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni zəkanın insan kimi düşünə bilmə qabiliyyəti ilə bağlı bir-birinə zidd fikirlər mövcuddur.

Lent.az xəbər verir ki, bu fikirlərdən birini dəstəkləyəcək təkzibedilməz sübutları tapmaq qalır və bu sahədə çinli alimlər irəliləyiş əldə ediblər. Onlar Nature Machine Intelligence jurnalında bir məqalə dərc ediblər. Bu məqalə ilk dəfə olaraq sübutlarla süni zəkanın düşüncə tərzinin insan düşüncəsi ilə əsaslı oxşarlığını əsaslandırıb. Məqalədə deyilir: 'İnsanların təbii obyektləri necə konseptuallaşdırması və kateqoriyalara ayırması onların qavrama və idrak bacarıqları barədə mühüm məlumat verir. Tədqiqatçılar bildirirlər ki, böyük dil modellərinin (LLM) meydana çıxması ilə əsas bir sual yaranır: Bu modellər linqvistik və multimodal məlumatlara əsaslanaraq obyektlər haqqında insanabənzər təsəvvürlər formalaşdıra bilirlərmi?”. Tədqiqat Çin Elmlər Akademiyası (CAS) və Cənub Çin Texnologiya Universitetinin (South China University of Technology) alimləri tərəfindən aparılıb.

Onlar ChatGPT-3.5 və Gemini Pro Vision 1.0 adlı böyük dil modellərindən istifadə ediblər. Birinci model yalnız mətnlə işləyirdi, ikinci isə həmçinin şəkillərlə - yəni multimodal məlumatlarla - işləmə qabiliyyətinə malik idi. Tədqiqat zamanı alimlər psixiatriyada pasientlərin idrak funksiyalarını qiymətləndirmək üçün istifadə olunan klassik davranış modellərinə əsaslanıblar. Xüsusilə, “üçlü qiymətləndirmə” metodu tətbiq olunub - burada iştirakçı 3 obyekt arasından ikisinə uyğun olmayanı seçib çıxarmalıdır. Təcrübə zamanı insanlar neyrovizualizasiya - məsələn, MRT və oxşar üsullarla - müayinədən keçiriliblər ki, tapşırıqları yerinə yetirərkən beynin hansı hissələrində və necə düşüncə ilə bağlı neyron nümunələri formalaşır. Eyni tapşırıqlar böyük dil modellərinə də verilib və onların məlumatları necə “təsnif etdikləri” və hansı prinsiplərlə emal etdikləri öyrənilib.

Bu yolla insan beyni ilə süni zəka modellərinin düşüncə mexanizmləri arasında müqayisə aparılıb. Ümumilikdə insanlar və böyük dil modelləri alimlər tərəfindən onlara təqdim olunmuş təbii obyektləri öyrənərək onlara 10-larla fərqli parametr üzrə təsnifat veriblər və bu obyektləri - ya zehində, ya da təlim bazasında - dünyagörüşünə uyğun şəkildə sıralayıblar. Tədqiqat zamanı alimlər real dünyada mövcud olan heyvanlar, bitkilər, qida məhsulları, mebellər, geyim əşyaları və nəqliyyat vasitələri kimi 1854 obyekt üzrə ümumilikdə 4.7 milyon üçlü qiymətləndirmə məlumatı toplayıblar. Bu araşdırma nəticəsində müəyyən olunub ki, insanlar və süni zəka sistemləri tərəfindən obyektlərin idraki baxımdan qavranılması arasında əsaslı oxşarlıqları müəyyənləşdirmək üçün 66 əsas parametrdən istifadə etmək mümkündür. Alimlərin seçdikləri bu parametrlər sadəcə “bu obyekt qida məhsuludur” və ya “bu geyim əşyasıdır” kimi sadə kateqoriyalarla məhdudlaşmırdı.

Tədqiqat zamanı obyektin teksturası, temperaturu, yerləşdiyi mühit, həmçinin uşaqlar və böyüklər tərəfindən necə qavranıldığı kimi amillər də nəzərə alınıb. Məlum olub ki, əsas səviyyədə süni zəka obyektlər barədə məlumatları insan beyninin müvafiq sahələrində baş verənə bənzər şəkildə sıralayır. Bu zaman mətn əsaslı model multimodal modelə nisbətən daha “insanabənzər” davranış nümayiş etdirib. Lakin hər iki model insan düşüncəsi ilə tam eynilik təşkil etməsə də, obyektlərin təhlili və təsnifatı baxımından əsasən oxşar bir sxem nümayiş etdirib. Alimlər yekun olaraq bildirirlər ki, süni zəka ilə insan arasında düşünüldüyündən daha çox ortaq cəhət mövcuddur. Bu yeni tədqiqat süni zəkanın hansı məntiqə əsaslandığını daha dəqiq anlamağa kömək edəcək və nəticədə bu texnologiyanın daha da təkmilləşdirilməsinə imkan yaradacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri