Süni intellekt, fizika və biologiya arasında oxşarlıqlar aşkar edilib
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nın Pensilvaniya Universitetinin alimləri süni intellektin öyrənmə mexanizmləri ilə köpüyün davranışı və canlı hüceyrələrdə gedən proseslər arasında ümumi riyazi oxşarlıqlar müəyyən ediblər.
Reyting.az-ın mütəxəssislərə istinadla verdiyi məlumata görə, aparılan kompüter modelləşdirilməsi göstərib ki, köpük əvvəl düşünüldüyü kimi sabit struktur deyil. Köpük qabarcıqları daim hərəkətdə olur, yerlərini dəyişir və daha sonra yenidən qurulur. Bu dinamika isə süni intellektdə dərin öyrənmə alqoritmlərinin işləmə prinsipi ilə demək olar ki, eynidir. Sistem tək bir “ideal” həllə deyil, eyni zamanda çoxsaylı uyğun vəziyyətlər məkanına yönəlir.
Alimlərin fikrincə, oxşar prinsip hüceyrələrin sitoskeletində də müşahidə olunur. Tədqiqatçılar qeyd ediblər ki, bu yeni və orijinal kəşf adaptiv materialların yaradılmasına yanaşmanı da əhəmiyyətli dərəcədə dəyişə bilər.
Bu araşdırmanın nəticələrinə həsr olunmuş elmi-nəzəri məqalə 2025-ci il noyabrın 20-də “PNAS” jurnalında dərc olunaraq elmi ictimaiyyətdə böyük maraq doğurub.
Pensilvaniya Universitetinin tədqiqatçıları bildiriblər ki, sözügedən nəzəriyyənin dərcindən sonra layihə ABŞ Milli Elmi Fondu tərəfindən maliyyələşdirilib.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 21 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















