Suqovuşan sakini: Gördüklərim mənə yuxu kimi gəlir
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Gördüklərim mənə yuxu kimi gəlir".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a bu gün Suqovuşan kəndinə köçən sakin Rafiq Paşayev deyib. O vurğulayıb ki, doğma yurda işğaldan azad olunandan sonra belə tez dönəcəyini təsəvvür etməyib.
"Bir ağdərəli olaraq bugünkü anları yaşadığımız üçün şəhidlərimizi hörmətlə anır, Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Kəndimizin işğalından sonra Ağdam rayonunun Qızılı Kəngərli kəndində məskunlaşdıq. Bir ilə yaxın burada yaşadıqdan sonra Ağcabədi rayonuna, daha sonra isə İsmayıllı rayonuna köçdük. Orada da bir müddət yaşadıqdan sonra yenidən Ağcabədi rayonuna qayıtdıq. Uzun illər orada yaşadıq. Doğma yurdumuza dönəcəyimiz günlərin belə tez olacağını təsəvvür etməzdim. İndi bizə yaradılan müasir və gözəl şəraitdə yaşayacağıq", - deyə R.Paşayev bildirib.
Qeyd edək ki, Suqovuşan kəndinə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. İlkin mərhələdə kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün dördüncü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin 7-də 53, aprelin 9-da isə 54 ailə köçürülüb. Bununla da Suqovuşana köçürülən ailələrin sayı 180-ə çatdırılıb.
Baxış sayı:143
Bu xəbər 09 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















