Icma.az
close
up
RU
Qazaxda gördüklərim, öyrəndiklərim və sevindiklərim

Qazaxda gördüklərim, öyrəndiklərim və sevindiklərim

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ruhumun qidası olan Qazax barədə ən yaxşı halda Feysbukda status yazmışam, o da 5-10 cümləni keçməyib. Bu yay 30 gün bu əsrarəngiz şəhərdə dincəldim. İndiyə qədər isə hər il ən çoxu 10 gün qalardım, qohumlara baş çəkib qurtarmamış, məzuniyyət başa çatardı və paytaxta üz tutardım. Bu dəfə isə 1 ay ərzində fürsəti fövtə verməyib Zəfər coşqusunu, yurdsevərlik eşqini yüksək quruculuq enerjisinə çevirmiş  Azərbaycanın başdan-başa yeniləşən, gözəlləşən bölgəsi Qazaxı, az qala, qarış-qarış gəzib-dolaşdım. 

Nələr yaşadım?

Doğulub boya-başa çatdığım, dizimin bərkidiyi yurdu belə şən, təmiz, vüqarlı, ismətli görəndə adamın öz qaməti də dikəlir, duyğu-düşüncəsi isə daha da saflaşır. Öncə insanların həlim münasibətindən söz açım. 
Kim küçədə, yolda, döngədə gördüsə evinə, ocağına dəvət edirdi. Kimi övladının təhsili, kimi iş, kimi Qarabağ, kimi Qazaxın hələ də işğalda qalan kəndlərinin azadlığı, kimi də siyasətlə bağlı suallar ünvanlayırdı. Cavablarım kimini qane edir, kimi də öz fikrinə üstünlük verirdi. Əlbəttə, fikir müxtəlifliyi hər zaman olur. Ən ürəkaçanı o idi ki, başqa bir yaxınlığı, doğmalığı olmayan bu adamları yurd sevgisi, quruculuq həvəsi  bir cəbhənin döyüşçüləri kimi birləşdirib, möhkəmləndirib, müdrikləşdirib.
Bu doğmalıq insanların bir-birinə olan etimad və etibarından irəli gəlir. Hamı bir-birinə “əmioğlu” deyə müraciət edir. Əlbəttə, indiki internet erasında münasibətlərin bu qədər intensiv olması, bəzi ritual və nəsnələrin hələ də yaşadılması olduqca arzuolunan haldır. Süni intellekt həyatımıza nüfuz etsə də, Qazaxa bu sünilik ayaq aça bilməyib. Burada qidalar kimi, münasibətlər də təbii və halaldır. 
Nələr öyrəndim?
Ondan başlayım ki, Qazax 108 il öncə necə maarifçiliyin beşiyi hesab edilirdisə, o missiyanı bu gün də ləyaqətlə, uğurla davam etdirir. ADA Universiteti Qazax Mərkəzinin (Qazax Müəllimlər Seminariyası) fəaliyyətə başlaması ilə maarifçi ruh, yaradıcı nəfəs yenidən Qazaxa qayıdıb. Heç kimə sirr deyil ki, bu Mərkəz Qazax gənclərinin elm və təhsilə olan marağının inkişafı istiqamətində ən başlıca stimul rolunu oynayır. 
Öyrəndim ki, hər ötən gün baxımsızlıqdan kərpic-kərpic sökülən Qazax Müəllimlər Seminariyasına yeni nəfəsin verilməsi rayon icra hakimiyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə baş tutub. Bu inisiativi müsbət qiymətləndirən fizika-riyaziyyat elmləri doktoru, ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan xalqının tarixi şüurunda dərin izlər buraxan addım ataraq, seminariyaya yenidən can verib. Bu işdə rolu, missiyası olan hər kəsə minnətdarlıq izhar edirəm.
Nələr gördüm?
Xeyli əvvəl telekanalların birinin Qazaxdan  hazırladığı repotajda  rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov belə söyləmişdi: “Mən Qazaxı piyada gəzirəm”. 30 gündə mən də Qazaxı gəzdim. İcra hakimiyyətinin başçısı Rəcəb Babaşovu da Qazaxda avtovağzalın yanında, Qazax ­Olimpiya İdman Kompleksinin yaxınlığında, “Çinarın dibi” (buranın bir keçilməz yolları vardı, indi isə şüşə kimi asfalt döşənib) adlanan ərazidə, yeni təmir olunmuş Heydər parkının ərazisində gördüm. 
Rayonun məsul işçiləri nələrəsə baxış keçirirdilər. Yolla ötən hər bir vətəndaşla əllə salamlaşıb, hal-əhvalını soruşurdu. “İgidi öldür, haqqını danma” misalı burada tam yerinə düşür. Düzdür, zaman-zaman Qazaxla bağlı “tünd” tənqidlər yazırlar. Vicdanını “abort” etdirməyən adam gərək təqdiri də qələmə almağı bacarsın. Azca ədalət hissi olan vətəndaş, jurnalist həqiqəti özü üçün bir mayak hesab etməlidir. Bir sözlə, vətəndaş məmnunluğu Qazax RİH-də prioritet məsələdir. 
Belə bir məlumat eşitmişdim ki, Qazax RİH başçısının xüsusi qəbul günü yoxdur. Başçı işdədirsə, deməli, həmin gün qəbul var. Bu halın real olub-olmadığını öyrənmək üçün RİH-nin elektron ünvanına Qazax rayon Daş Salahlı sakinlərinin müqəddəs bir arzusu ilə bağlı məktub ünvanlayıb görüşmək istəyimi bildirdim. 2 saat keçmədi, rayon rəhbərindən dəvət cavabı aldım, həmin gün görüşdük. Daş Salahlı camaatının istəyini ona çatdırdım. R.Babaşov təklifi yüksək anlayışla qəbul edib gerçəkləşməsinə göstəriş verdi.
Nələrə sevindim?
Qazax 2026-cı ildə “İdman paytaxtı” seçilib. İndi Qazax Azərbaycanın təkcə “Qərb qapısı” deyil, həm də dünyaya açılan qapısıdır. İndi Qazax beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Qazax az qala bir Avropa şəhəridir. Yolları hamar, parkaları təmizdir. Müasir idman qurğuları ilə ­təchiz olunub, xalqın əyləncəsi üçün Heydər parkında hər cür şərait yaradılıb.
Bir vaxt  Heydər parkında köhnə bir çayxana vardı, orada nərd və domino oynayan kişilərin hay-küyündən qulaq tutulurdu. İndi isə burada yüksək səviyyəli təmir aparılıb, mənalı istirahət üçün yaxşı şərait yaradılıb. 
İyul ayında Qazaxda ilk dəfə avarçəkmə turniri və veloyürüş təşkil olunub. Hazırda ölkənin idman paytaxtı olan Qazax hər gün yenilənir, köhnədən qalan idman zalları və qurğuları əsaslı təmir olunur, yenidən inşa edilir. Bütün bunlar isə gənc nəslin sağlam yetişməsinə xidmət göstərir. 
Ötən aylarda yağan dolu nəticəsində ayrı-ayrı kəndlərdə, təxminən, 500-ə yaxın evin dam örtüyünü sıradan çıxmışdı. Qısa müddətdə dəymiş ziyan aradan qaldırıldı. 
Rayonda şəhid ailələrinə də yüksək diqqət və qayğı var. Qarabağ savaşı zamanı Şəhidlik zirvəsinə ucalmış Fidat Məmmədovun xatirəsinə sərbəst güləş üzrə turnir keçirilib. Bununla hamıya “dövlət daim şəhid ailələrinin yanındadır” mesajını verilib. Hər bir şəhid ailəsi davamlı himayə ilə əhatə olunub.
Qazax zahirən də gözəlləşib. Rayon mərkəzində “Qazax bazarı” adlanan yerdə əvvəllər maşın əlindən addım atmaq olmurdu. İndi orada səliqə-sahman yaradılıb. Bazarın içərisinə də yaxşıca “əl gəzdirilib”.
Ərazidə müasir ticarət obyektləri, nümunəvi xidmət ocaqları açılıb.
Mərkəzi xəstəxana və “Diaqnostika mərkəzi” müasir standartlara uyğun yenidən qurulub – binalar yenilənib, yeni tibbi avadanlıqlar alınıb.
Dəbdəbəli ehsan süfrələri məsələsi də  Qazaxda həllini tapıb. İməciliklər yolu ilə qəbiristanlıqlar abadlaşdırılıb. Bunu necə qiymətləndirməyəsən axı?!
Bu yazını Daş Salahlıdan olan sənətkar, Əməkdar artist Sahib İbrahimovun rayon ziyalıları adından  səsləndirdiyi bir arzu ilə bitirirəm:
– O gün olsun ki, Qazaxın işğaldan azad olunan 4 kəndinə – Bağanıs Ayrıma, Aşağı Əskiparaya, Xeyrimli və Qızılhacılıya da köç başlasın. 
Əsarətdə qalan 3 kənd: Yuxarı Əskipara, Bərxudarlı və Sofulu da, azadlığına qovuşsun. 

Ayyət ƏHMƏD
Qazax – Bakı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri