Icma.az
close
up
RU
Suqovuşan Sərsəng su anbarı Qozlukörpü Kəlbəcər yolunun tikintisi davam edir

Suqovuşan Sərsəng su anbarı Qozlukörpü Kəlbəcər yolunun tikintisi davam edir

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolunun tikintisini davam etdirir.

Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, layihənin başlanğıc nöqtəsi Ağdərə rayonu ərazisində yerləşən Suqovuşan qəsəbəsi, son nöqtəsi isə Kəlbəcər rayonu ərazisində yerləşən və Kəlbəcər–Laçın avtomobil yolu ilə kəsişən "Vəng dairəsi"dir. Ümumi uzunluğu 77.6 km olan avtomobil yolu II texniki dərəcəyə uyğun olaraq, iki hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 15 metr təşkil edir.

Layihə üzrə torpaq işləri çərçivəsində yolun ilk 24 km-lik hissəsində yararsız qrunt qazılaraq çıxarılıb, torpaq yatağı isə yolun alt və üst yamacları hesabına genişləndirilib. Eyni zamanda, bu hissədə yol əsasının və ilk 20 km-lik sahədə asfalt-beton örtüyün alt laylarının tikintisi başa çatdırılıb. Yolun 21-25 km hissəsində isə mövcud qaya süxurları mexanizmlərlə parçalanaraq ərazidən kənarlaşdırılıb.

Bundan əlavə, 63-78 km-lik hissədə, xüsusilə sərt relyefə malik qayalıq ərazilərdə torpaq yatağının genişləndirilməsi və təhlükəsizlik üçün lazım olan görünmə məsafələrinin təmin olunması məqsədilə mexaniki qazma və partlayış işləri aparılır. Xüsusilə 68-78 km-lik sahələrdə bu işlər intensiv şəkildə həyata keçirilir.

Paralel olaraq, yolun təhlükəli yamac hissələrində sürüşmə və uçqunların qarşısının alınması üçün daş istinad divarlarının tikintisi aparılır. Layihə çərçivəsində müxtəlif ölçüdə suötürücü boruların, su keçidlərinin və körpülərin tikintisi və əsaslı təmiri işləri də icra olunur.

Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq əsas infrastruktur layihələrindən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri