Icma.az
close
up
RU
Suqovuşan Kəlbəcər yolunun tikintisi ilə bağlı son durum GÖRÜNTÜLƏRR

Suqovuşan Kəlbəcər yolunun tikintisi ilə bağlı son durum GÖRÜNTÜLƏRR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolunun tikintisini davam etdirir.

Modern.az agentliyə istinadən xəbər verir ki, layihənin başlanğıc nöqtəsi Ağdərə rayonu ərazisində yerləşən Suqovuşan qəsəbəsi, son nöqtəsi isə Kəlbəcər rayonu ərazisində yerləşən və Kəlbəcər–Laçın avtomobil yolu ilə kəsişən "Vəng dairəsi"dir. Ümumi uzunluğu 77.6 km olan avtomobil yolu II texniki dərəcəyə uyğun olaraq, iki hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 15 metr təşkil edir.

Layihə üzrə torpaq işləri çərçivəsində yolun ilk 24 km-lik hissəsində yararsız qrunt qazılaraq çıxarılıb, torpaq yatağı isə yolun alt və üst yamacları hesabına genişləndirilib. Eyni zamanda, bu hissədə yol əsasının və ilk 20 km-lik sahədə asfalt-beton örtüyün alt laylarının tikintisi başa çatdırılıb. Yolun 21-25 km hissəsində isə mövcud qaya süxurları mexanizmlərlə parçalanaraq ərazidən kənarlaşdırılıb.

Bundan əlavə, 63-78 km-lik hissədə, xüsusilə sərt relyefə malik qayalıq ərazilərdə torpaq yatağının genişləndirilməsi və təhlükəsizlik üçün lazım olan görünmə məsafələrinin təmin olunması məqsədilə mexaniki qazma və partlayış işləri aparılır. Xüsusilə 68-78 km-lik sahələrdə bu işlər intensiv şəkildə həyata keçirilir.

Paralel olaraq, yolun təhlükəli yamac hissələrində sürüşmə və uçqunların qarşısının alınması üçün daş istinad divarlarının tikintisi aparılır. Layihə çərçivəsində müxtəlif ölçüdə suötürücü boruların, su keçidlərinin və körpülərin tikintisi və əsaslı təmiri işləri də icra olunur.

Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq əsas infrastruktur layihələrindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri