Suqovuşana bu gün 20 ailə köçəcək FOTO KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağdərə rayonunun Suqovuşan kəndinə bu gün 20 ailə köç edəcək.
KONKRET.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
“Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksi istifadəyə verilib. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.
2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəlidir və 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb.
Bundan əlavə, ümumi gücü 7,8 meqavatt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi layihəsi” icra olunub”, – o bildirib.
Baxış sayı:130
Bu xəbər 19 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















