Icma.az
close
up
RU
Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb Rəsmi

Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb Rəsmi

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180 ailənin, ümumilikdə 591 nəfərin köçürülməsi təmin olunub.

Bu barədə "Yeni Sabah"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Suqovuşan kəndində əhalinin qayıdışının təmin edilməsi məqsədilə yeni yaşayış kompleksi yaradılıb. Kompleksdə 190 mənzil inşa olunub. Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180 ailənin, ümumilikdə 591 nəfərin köçürülməsi təmin olunub. Kənddə, həmçinin 144 şagird yerlik tam orta məktəb əsaslı təmir olunub və şagirdlərin istifadəsinə verilib. Suqovuşanda Elektrik enerjisi təminatının gücləndirilməsi məqsədilə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Suqovuşan kəndində yeni məscid də tikilərək istifadəyə verilib. Marqarita pizza

Talış kəndində isə ilkin mərhələdə 20 fərdi ev bərpa və yenidən inşa olunub, 20 ailənin, ümumilikdə 90 nəfərin kəndə qayıdışı təmin edilib. Talış kəndində 78 şagird yerlik məktəb, uşaq bağçası, inzibati bina, ictimai və iaşə obyektləri də bərpa edilib və yenidən qurulub. Kənddə Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurda qayıdışı mərhələli şəkildə davam etdirilir. Hər iki kənddə sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi məqsədilə müasir sosial, kommunal və yol-nəqliyyat infrastrukturu yaradılıb.

Kənddaxili yollar çəkilib, küçələr abadlaşdırılıb və nəqliyyatın rahat hərəkəti üçün zəruri şərait yaradılıb .Suqovuşan və Talış kəndlərində tibb məntəqələri yaradılıb. Hər iki kəndin fasiləsiz elektrik enerjisi, içməli su, təbii qaz və yüksək sürətli internetlə təmin edilməsi üçün müasir infrastruktur qurulub. Bununla sakinlərin gündəlik yaşayışının rahat və dayanıqlı şəkildə təmin olunması üçün bütün zəruri kommunal imkanlar yaradılıb.

Suqovuşanda sosial və ictimai infrastrukturun inkişafı, eləcə də kəndin turizm potensialından səmərəli istifadə olunması istiqamətində də mühüm layihələr həyata keçirilib. Suqovuşan Su anbarı ətrafında yeni park yaradılıb. Park sakinlərin və kəndə gələn qonaqların istirahəti üçün müasir və əlverişli məkan kimi formalaşdırılıb.Bundan başqa, Suqovuşanda məktəb, sosial və xidmət obyektləri, enerji infrastrukturu və turizm obyektləri yaradılıb və ya bərpa olunub.

Talış kəndində də məktəb, uşaq bağçası, inzibati və digər sosial obyektlər istifadəyə verilib.Suqovuşan və Talış kəndlərində həyata keçirilən bərpa-quruculuq işləri yaşayış fondunun və yol infrastrukturunun yenilənməsi ilə yanaşı, sosial, kommunal, təhsil, səhiyyə, enerji, rabitə və turizm sahələrini də əhatə edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri