Icma.az
close
up
RU
Şura cəzalandırmışdı, deputat Amil Xəlili müdafiə etdi

Şura cəzalandırmışdı, deputat Amil Xəlili müdafiə etdi

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Millət vəkil Fazil Mustafa aparıcı Amil Xəlilin çıxışına görə “Space TV”-nin yayımının 3 saatlıq dayandırılmasını yanış qərar adlandırıb.

Ölkə.Az xəbər verir ki, bu barədə deputat sosial şəbəkələrdə yazıb. O, aparıcını müdafiə edərək, A.Xəlilin çıxışını “cəsarətli” adlandırıb:

“Audiovizual Şurası dekabrın 25-i “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.

Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilşlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsartəli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyyəsi də sağlam məntiqə dayanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq? Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm”, - deyə deputat bildirib.

Qeyd edək ki, aparıcı sözügedən televiziya verilişində bölgələrdən gələrək paytaxtda yerləşən universitetlərdə təhsil alan tələbələrin, xüsusilə bəzi qızların əxlaqsızlıq etdiyini bildirib.

Aparıcı efir vasitəsilə valideynlərə çağırış edərək övladlarını bölgələrdəki özlərinə yaxın ali təhsil müəssisələrinə yerləşdirilməsini təklif edib:

"Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!", deyə aparıcı deyib.

Billurə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri