Suraxanı rayonunda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suraxanı rayonunda təmir işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də saat 14:00-dan etibarən bir sıra yol hissələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, təmir işləri Zığ şossesinin (beton yol) “MİDA” Yaşayış Kompleksi avtomobil yolu istiqamətində, “MİDA” Yaşayış Kompleksinin avtomobil yolunda, həmçinin kompleksdən Zığ şossesinə, hava limanı istiqamətində çıxış yolunda aparılacaq.
Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
AAYDA sürücülərə hərəkət zamanı diqqətli olmalarını və alternativ marşrutlardan istifadə etmələrini tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 02 Oktyabr 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















