Icma.az
close
up
RU
Suraxanı rayonunda içməli su problemi: Yay gələndə vəziyyətimiz lap çıxılmaz olur

Suraxanı rayonunda içməli su problemi: Yay gələndə vəziyyətimiz lap çıxılmaz olur

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Suraxanı rayonunun Zığ qəsəbəsinin sakinləri içməli su problemi ilə üzləşiblər.

Bu barədə Oxu.Az-a İdris Süleymanov küçəsində yaşayan qəsəbə sakini məlumat verib.

O bildirib ki, əvvəl yaşadıqları binanın su anbarı olduğu üçün su ilə bağlı hər hansı problem yaşamayıblar:

"Sonradan su idarəsinin işıq idarəsinə borcu olduğu məlum oldu. Nəticədə işıq idarəsi su vurmaq üçün istifadə olunan mühərrikə verilən işığı kəsib. O vaxtdan bizə su saatla verilir. Bina evində olduğumuz üçün yay gələndə vəziyyətimiz lap çıxılmaz olur. 30 ailə sudan əziyyət çəkirik. Əgər hansısa ödəniş lazımdırsa, onu da etməyə hazırıq, təki normal su verilsin",- deyə sakin bildirib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran İri Şəhərlərin İçməli Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvandakı yaşayış binası hazırda Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nəzdindədir.

"Həmçinin hazırda binanın su təchizatı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həyata keçirilmir, yəni ünvan Xidmətin balansına daxil edilməyib. Binanın su təchizatının Xidmətin balansına verilməsi ilə əlaqədar rəsmi müraciət ünvanlanıb. Müraciətə cavab olaraq bildirilib ki, müvafiq sənədlər təqdim edilməli və müvafiq prosedurlar icra edilməlidir. Hazırda işin müəyyən hissəsi icra edilib, digər bütün hüquqi proseslər də tamamlandıqdan sonra bina Xidmətin balansına keçəcək və su təchizatı qurum tərəfindən həyata keçiriləcək", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyun 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri