Binəqədi rayonunda içməli su PROBLEMİ
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bakının Binəqədi rayonu ərazisində yaşayan sakinlər içməli su problemi ilə qarşılaşıblar.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd edilib ki, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində dünəndən içməli su verilmir.
"Bizə deyilənə görə, haradasa su xətti partlayıb. Amma nə vaxt düzələcəyi ilə bağlı hər hansı məlumat ala bilmirik", - deyə müraciətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran İri Şəhərlərin İçməli Su Təchizatı Xidmətindən fakt təsdiqlənib.
Bildirilib ki, qeyd olunan ünvanda su xəttində qəza baş verib.
"Ötən gündən müvafiq rayon sukanal idarəsinin qəza briqadası təmir və bərpa ilə əlaqədar əraziyə cəlb edilib. Hazırda işlər yekunlaşdırılıb, abonentlərin su təchizatı bərpa edilməkdədir", - deyə məlumatda qeyd olunur.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















