Suraxanıda Autizm aylığı çərçivəsində tədbir keçirilib FOTOLAR
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suraxanı Rayon İcra Hakimiyyətinin və "Autizm fərqlilikdir" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Autizm aylığı çərçivəsində Aura şadlıq sarayında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, "Autizm fərqlilikdir" İctimai Birliyinin sədri Nərgiz Osmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva, autizm və digər inkişaf pozuntuları olan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında dövlətimiz tərəfindən qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının artırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. İnklüziv və həssas cəmiyyətin formalaşmasında dövlət qurumları ilə yanaşı, ictimai birliklərin, valideynlərin və ümumilikdə cəmiyyətin hər bir üzvünün üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb. RİH başçısı bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının üzə çıxarılması, onların sosial həyata fəal cəlb olunması və bərabər imkanlarla təmin edilməsi prioritet məsələlərdəndir. Adil Əliyev qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər təkcə sosial dəstək xarakteri daşımır, eyni zamanda cəmiyyətdə maarifləndirmənin gücləndirilməsinə xidmət edir.
"Autizm fərqlilikdir" İctimai Birliyinin sədri Nərgiz Osmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva və digər qonaqlar çıxışlarında bu kimi təşəbbüslərin hər bir uşağın özünü cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməsini təmin etdiyini vurğulayaraq bildiriblər ki, belə tədbirlər onların sosial bacarıqlarının inkişafına, özünəinamlarının artmasına və cəmiyyətə daha fəal inteqrasiyasına mühüm töhfə verir.
Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli proqram təşkil olunub, hədiyyələr təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 16 Aprel 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















