Icma.az
close
up
RU
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ordubadda tədbir keçirilib

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ordubadda tədbir keçirilib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, "Ləzzət Qida Sənaye" MMC-nin və "Cahan Şirkətlər Qrupu"nun birgə təşkilatçılığı ilə Ordubad şəhərində yerləşən Məhəmməd Füzuli adına tam orta internat məktəbində tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev uşaqların hüquqlarının qorunmasının, onların layiqli həyat şəraiti, keyfiyyətli təhsil, sağlamlıq və istirahət imkanları ilə təmin olunmasının vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, hər bir uşağın qayğı ilə əhatə olunması, onun fikir və arzularına hörmətlə yanaşılması, istedad və bacarıqlarının inkişafı üçün əlverişli şəraitin yaradılması cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir. O, uşaqların hüquqlarının müdafiəsinə və hərtərəfli inkişafına dəstək məqsədi daşıyan bu cür təşəbbüslərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

"Ləzzət Qida Sənaye" MMC-nin direktoru Teymur Rzayev və "Cahan Şirkətlər Qrupu"nun Aparat rəhbəri Azər Cəfərov çıxışlarında özəl sektorun da bu istiqamətdə həyata keçirilən təşəbbüslərdə iştirakının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, uşaqların hüquqlarının qorunması, onların bərabər imkanlarla təmin edilməsi və sağlam mühitdə böyümələrinin dəstəklənməsi cəmiyyətin bütün üzvlərinin ortaq məsuliyyətidir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov göstərilən diqqət və qayğıya görə İqtisadiyyat Nazirliyinə, eləcə də tədbirin təşkilində iştirak edən "Ləzzət Qida Sənaye" MMC-yə və "Cahan Şirkətlər Qrupu"na minnətdarlığını bildirib.

Tədbir çərçivəsində şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmələri məqsədilə "Bilik yarışması” təşkil olunub. Şagirdlərin böyük maraqla qatıldığı viktorinada iştirakçılar fəallıq göstərərək ünvanlanan sualları cavablandırıblar. Sonda fəallığı ilə seçilən komandalar diplomlarla təltif olunublar.

Səmimi və xoş əhval-ruhiyyə şəraitində keçən görüşün sonunda şagirdlərə təhsillərində yüksək nailiyyətlər qazanmaları, gələcək həyatlarında isə uğurlar əldə etmələri arzulanıb və hədiyyələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri