Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Suraxanıda yeni sosial yanaşma mövzusunda konfrans keçirildi FOTOLAR

Suraxanıda yeni sosial yanaşma mövzusunda konfrans keçirildi FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suraxanı Rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu:Suraxanıda yeni sosial yanaşma” adlı konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub.

Öncə “Şiddətə qarşı sülhün səsi” adlı pantomim tamaşa nümayiş olunub. Daha sonra mövzuya həsr olunmuş video-çarx təqdim edilib.

Açılış nitqi ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycan qadınlarının cəmiyyətin sosial, iqtisadi və siyasi həyatında artan rolunun ölkəmizin inkişafına mühüm töhfə verdiyini qeyd edib. 

RİH başçısı bildirib ki, sevindirici haldır ki, Azərbaycanda həyata keçirilən gender siyasəti tarixi ənənələrlə müasir çağırışları uğurla birləşdirir. Onun sözlərinə görə, müstəqillik dövründə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri olmuş, məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. O, qadınların hüquq bərabərliyinin Konstitusiyada təsbit edilməsinin və Azərbaycanın bu sahədə bütün mühüm beynəlxalq sənədlərə qoşulmasının gender siyasətinin davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını əlavə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində təşkil olunduğuna diqqət çəkərək, kampaniyanın ilk növbədə rəqəmsal mühitdə genişlənən zorakılıq formalarına qarşı mübarizənin milli və beynəlxalq səviyyədə həmrəyliyə  və birgə fəaliyyətə əsaslanmasının vacibliyini önə çıxardığını vurğulayıb.

B.Muradova bildirib ki, ilk növbədə, ölkə prezidenti cənab İlham Əliyevin bu sahədəki qərar və sərəncamları, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələri, cəmiyyəti bu problemlə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüsləri əldə edilən müsbət nəticələrin əsas hərəkətverici qüvvəsidir.

Konfrans panel müzakirələrlə davam edib.

“Qadın hüquqlarının qorunması-davamlı inkişafın əsas prinsipi“ mövuzusunda keçirilən birinci sessiyaya Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova moderatorluq edib. Sessiyada Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək,  İcra Hakimiyyəti yanında yaradılmış  MƏQ-in məişət zorakılığı hallarının izlənməsi, zərərçəkmiş şəxslərin sosial və hüquqi müdafiəsinin təmin olunması, mühafizə orderlərinin verilməsi, zorakılıq törədən şəxslərlə profilaktik tədbirlərin görülməsi, eləcə də ictimai maarifləndirmə və gender bərabərliyinin təşviqi məqsədilə keçirdiyi müxtəlif tədbirlər və layihələr barədə məlumat verib. Həmçinin, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Kəmalə Ələkbərova, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova ilə mövzu ilə bağlı müzakirələr aparılıb.

‘’Zorakılığa qarşı mübarizədə ictimai həmrəylik və hüquqi dəstək’’ mövzusunda müzakirələrin aparıldığı ikinci panel sessiyanın moderatoru isə BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru Ceyhun Qaracayev olub. Sözügedən mövzu ətrafında Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru Almaz Mahmud, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Lalə Nağıyeva müzakirələr aparıblar, eləcə də panelçilərə ünvanlanan suallar cavablandırılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see269

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see212

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see165

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see158

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see157

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see138

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri