Icma.az
close
up
RU
Suraxanıda elmi praktik konfrans keçirildi Fotolar

Suraxanıda elmi praktik konfrans keçirildi Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 9-da Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə BŞİH başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİH Başçısının müavini Könül Axundova, rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və məktəblilər iştirak ediblər.

RİH başçısının müavini Könül Axundova bildirib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsi şagirdlər arasında tariximizə marağın artırılmasında mühüm rol oynayır. Qeyd olunub ki, müsabiqə vasitəsilə şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrlərini daha dərindən öyrənir, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət barədə geniş biliklər əldə edirlər.

Konfrans çərçivəsində şagirdlər müxtəlif tarixi mövzular üzrə təqdimatlarla çıxışlar ediblər. İnteraktiv formatda təşkil olunan konfransda şagirdlər arasında mövzular üzrə müzakirələr aparılıb, onların tarix bilikləri yoxlanılıb. Eyni zamanda proqram çərçivəsində şagirdlərin ifasında vokal, pianino, şeir və milli rəqs nümunələri təqdim olunub, mövzularla bağlı videoçarx nümayiş etdirilib.

Sonda çıxış edən Elmin İmanov qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin tariximizə, milli-mənəvi dəyərlərimizə marağını artırmaq, onların tədqiqat aparmaq və analitik düşünmək bacarıqlarını inkişaf etdirməkdir. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib.

Tədbirin sonunda müsabiqənin rayon mərhələsində fərqlənən şagirdlər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub və mükafatlandırılıblar.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Aprel 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri