Icma.az
close
up
RU
Suraxanıda yollar SOS verir, AAYDA isə susur FOTOLAR

Suraxanıda yollar SOS verir, AAYDA isə susur FOTOLAR

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bakı şəhəri Suraxanı rayonu Şovqiyar Abdullayev küçəsinin sakinləri yaşadıqları ərazidə yol örtüyünün uzun illərdir bərbad vəziyyətdə qalmasından narazıdırlar. Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.

“Yeni Sabah” xəbər verir ki, Musavat.com-a müraciət edən sakinlər bildirirlər ki, küçənin asfaltlanması məqsədilə kollektiv şəkildə Suraxanı bələdiyyəsinə rəsmi ərizə təqdim ediblər.

Müraciət bələdiyyə sədri Nəsib İsmayılov tərəfindən qəbul olunub və onlara bildirilib ki, məsələ baxılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) göndərilib. Lakin həmin vaxtdan bəri nə Agentlik tərəfindən hər hansı rəsmi cavab verilib, nə də yolun təmiri ilə bağlı konkret tarix açıqlanıb. Toyuqlu pizza

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə AAYDA-dan məsələ ilə bağlı məlumat almağa çalışsalar da, nəticə əldə edə bilməyiblər. Onlar deyirlər ki, ən azından yolun nə vaxt asfaltlanacağı və ya ümumiyyətlə layihənin icra olunub-olunmayacağı barədə rəsmi mövqe bildirilməsini istəyirlər.

"Bizə nə "yolu çəkəcəyik" deyən var, nə də "çəkməyəcəyik". Tam qeyri-müəyyən vəziyyət yaranıb. İnsanlar bilmirlər ki, gözləsinlər, yoxsa başqa çıxış yolu axtarsınlar", – deyə sakinlər bildirirlər.

Hazırda küçənin vəziyyəti isə gündən-günə ağırlaşır. Yol boyu yaranmış dərin çala və çuxurlar həm piyadalar, həm də sürücülər üçün ciddi problem yaradır. Yay aylarında toz-torpaq sakinlərin gündəlik həyatını çətinləşdirirsə, yağışlı havalarda vəziyyət daha da dözülməz olur. Yol palçığa çevrilir, piyadaların hərəkəti demək olar ki, mümkünsüzləşir.

Sakinlər bildirirlər ki, qarşıdan payız mövsümünün gəlməsi və yeni tədris ilinin başlanması onları xüsusilə narahat edir. Məktəbə gedən uşaqlar hər gün bu yararsız yoldan istifadə etməyə məcbur qalacaqlar. Yağış yağdığı zaman isə uşaqların məktəbə çatması, yaşlı insanların küçədə rahat hərəkət etməsi və ümumiyyətlə nəqliyyatın normal işləməsi böyük problemə çevriləcək.

Sürücülər də yolun vəziyyətindən ciddi narazıdırlar. Çala-çuxurlar səbəbindən avtomobillərin asqı sistemi, təkərləri və digər hissələri zədələnir. Bəzi sürücülər yolun müəyyən hissələrində hərəkət etmək üçün sürəti minimuma endirmək məcburiyyətində qalırlar ki, bu da həm vaxt itkisinə, həm də əlavə təhlükələrə səbəb olur.

Problemin həlli istiqamətində sakinlər öz imkanları hesabına da müxtəlif tədbirlər görüblər. Onlar bir neçə dəfə yolun iri çuxurlarını daş, çınqıl və digər materiallarla doldurmağa çalışıblar. Lakin bu, yalnız qısa müddətli nəticə verib. İlk yağışdan və ya intensiv avtomobil hərəkətindən sonra yol yenidən əvvəlki vəziyyətinə qayıdıb.

Sakinlər hesab edirlər ki, bu cür lokal tədbirlərlə problemi həll etmək mümkün deyil və küçənin tam şəkildə asfaltlanmasına ehtiyac var. Onların fikrincə, bu məsələ artıq uzun müddətdir həllini gözləyir və aidiyyəti qurumlar tərəfindən daha ciddi yanaşma tələb olunur.

Şovqiyar Abdullayev küçəsinin sakinləri aidiyyəti dövlət qurumlarına müraciət edərək problemlərinin diqqətdə saxlanılmasını, müraciətlərinə rəsmi cavab verilməsini və yolun qısa müddətdə asfaltlanması ilə bağlı konkret addımların atılmasını xahiş edirlər. Onlar bildirirlər ki, məqsədləri yalnız normal və təhlükəsiz yol şəraitində yaşamaq, övladlarının məktəbə, özlərinin isə işə-gücə rahat gedib-gələ bilməsini təmin etməkdir.

Ümid edilir ki, sakinlərin uzun müddətdir cavab gözləyən müraciəti nəhayət aidiyyəti qurumlar tərəfindən nəzərə alınacaq və Şovqiyar Abdullayev küçəsində yol problemi yaxın vaxtlarda öz həllini tapacaq.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mövqeyini öyrənmək məqsədilə quruma sorğu ünvanlanıb. Sorğuda Şovqiyar Abdullayev küçəsinin asfaltlanmasının Agentliyin iş planına daxil olub-olmaması, layihənin nə vaxt icra ediləcəyinin nəzərdə tutulub-tutulmaması, eləcə də sakinlərin müraciətlərinə niyə indiyədək cavab verilmədiyi ilə bağlı suallar yer alıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Avqust 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri