Icma.az
close
up
RU
Suraxanıda Zəfər tədbiri Fotolar

Suraxanıda Zəfər tədbiri Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 8-də Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş “8 noyabr –Zəfər günü münasibətilə “Zəfər Bayrağı altında yeni-yeni zəfərlərə doğru” adlı ədəbi-bədii tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, şəhidlərimizin ailə üzvləri və qaziləmiz, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və əməkdaşlar, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Adil Əliyev Zəfər Günü münasibətilə şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını təbrik edib və Zəfər bayrağımızın heç zaman enməyəcəyini, bu bayrağın daim tarixi torpaqlarımızda əzəmətlə dalğalanacağını qürur və əminliklə vurğulayıb.

O, bildirib ki, bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən başladığı inkişaf yolunun təqdimatıdır. Bu yol Azərbaycan xalqının torpaq həsrətinə son qoydu. Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işləri apardı və istəyinə nail oldu.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ümummilli lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə  torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar. 

RİH başçısı qeyd edib ki, 8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şəhidlərimizin qanı və canı bahasına əldə etdiyimiz Şanlı Zəfər əsl vətənpərvərlik, fədakarlıq nümunəsi və qürur mənbəyimizdir. Bu zəfər bizi yeni qələbələrə, yeni uğurlara ruhlandıracaq, Şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu isə qəlbimizdə hər zaman əbədi yaşayacaq.

Tədbir Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin rəhbərliyi ilə bədii hissə ilə davam edib.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri