Suriya ABŞ sanksiyalarının yaxın aylarda ləğv ediləcəyinə ümid edir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 21 oktyabr, AZƏRTAC
Suriya hökuməti ümid edir ki, ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar yaxın aylarda rəsmən ləğv olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Məhəmməd Nidal əş-Şaar çərşənbə axşamı “Reuters” agentliyinə açıqlamasında bildirib.
ABŞ Prezidenti Donald Tramp may ayında Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşdən sonra ölkəyə qarşı sanksiyaların böyük hissəsinin aradan qaldırılması barədə göstəriş verib. Lakin 2019-cu ildə qəbul edilən və Suriyanın mülki əhalisinin müdafiəsinə dair “Sezar Qanunu” adlanan sənəd hələ də ABŞ qanunvericiliyində qüvvədə qalır.
“Biz bu istiqamətdə başlanan düzgün yolu davam etdirmək üçün müəyyən səylər göstərməli və lobbiçilik işi aparmalıyıq. Ümid edirik ki, ilin sonuna qədər qanun layihəsi prezidentə təqdim olunacaq və o, sənədi imzalayacaq”, – deyə Əş-Şaar Londonda çıxışı zamanı bildirib.
Suriya Prezidenti, həmçinin hökumətin gələn ilin əvvəlində yeni valyutanın dövriyyəyə buraxılmasını planlaşdırdığını da qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Oktyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















