Icma.az
close
up
RU
Qayıdış hüququnun təmin ediləcəyinə ümid ifadə olunur...

Qayıdış hüququnun təmin ediləcəyinə ümid ifadə olunur...

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kolumbiyalı konqresmenlər: Qərbi azərbaycanlıların dədə-baba yurdlarına tezliklə geri dönüşünün təmin ediləcəyinə ümidvarıq

Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun üzvləri Xocalı soyqırımının 33-cü ildönümü və Qərbi Azərbaycanlıların qayıdış hüququnun bərpası ilə əlaqədar ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbova açıq məktub ünvanlayıblar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məktubda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş soyqırımı aktının bəşəriyyət tarixinin qanlı səhifələrindən biri olduğu bəyan edilir, həmin gecə 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla, 613 azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi vurğulanır.

Məktubda Kolumbiyanın bu qanlı hadisəyə biganə qalmadığı, müxtəlif dövrlərdə Kolumbiya Konqresi tərəfindən qəbul edilmiş sənədlərdə Xocalıda həyata keçirilmiş qətliamın qətiyyətlə pislənildiyi və soyqırımı aktı kimi təsbit olunduğu bildirilir. Bu dəhşətli hadisənin 33-cü ildönümü ilə bağlı Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilməklə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilir.

Eyni zamanda, Azərbaycanın Ermənistan ilə dayanıqlı sülhün əldə edilməsi və münasibətlərin normallaşması istiqamətində göstərdiyi səylər alqışlanır, doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ermənistan ərazisindəki dədə-baba yurdlarına tezliklə və ləyaqətlə geri dönüşünün, qayıdış hüququnun təmin ediləcəyinə ümid ifadə olunur.

Sonda Kolumbiyanın qardaş Azərbaycan xalqı ilə həmrəy olduğu, dostluq əlaqələrini genişləndirməklə ikitərəfli münasibətləri daha da gücləndirəcəyi qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:308
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri