Suriya azad edilmiş yataqlarda neft hasilatına başlayıb
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Suriyanın dövlət neft şirkəti "Syrian Petroleum" Rakka və Deyr-əz-Zor vilayətlərində yeni azad edilmiş yataqlarda hasilatın başladığını elan edib.
"Report" SANA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin kommunikasiya direktoru Safvan Şeyx Ahmad bildirib.
Onun sözlərinə görə, hasil edilən neftin Homsda və Baniyasda neft emalı zavodlarına tədarükünə də artıq başlanılıb.
"Şirkətin texniki işçi heyəti bu yataqların istismara qaytarılması üzrə kompleks plan çərçivəsində yeni azad edilmiş yataqlarda neft hasilatı və onun Homs və Baniyasda yerləşən neft emalı zavodlarına nəql edilməsi işlərinə başlayıb", - deyə o bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:91
Bu xəbər 24 Yanvar 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















