Icma.az
close
up
RU
Suriya Colan təpələrini İsrailə verməyə hazırdır KİV

Suriya Colan təpələrini İsrailə verməyə hazırdır KİV

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriya və İsrail arasında çox güman ki, yaxın vaxtlarda birbaşa danışıqlar başlayacaq və bu, onların bir-biri ilə münasibətlərini nizamlamağa imkan verəcək. Artıq dolayı danışıqlar gedir. Onların nə qədər davam edəcəyi hələ məlum deyil.

"Unikal" xəbər verir ki, bu barədə Livanın LBCI telekanalı məlumat yayıb. 

KİV qeyd edir ki, əgər birbaşa danışıqlar başlasa, hər iki ölkə münasibətlərin normallaşdırılmasına dair razılığa gəlmək üçün əhəmiyyətli güzəştlərə getməli olacaq. Qeyd edək ki, ötən həftə İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi Xarici Əlaqələr və Müdafiə Komitəsinin qapalı iclasında Suriya və İsrailin ortaq maraqlarından - İrana və müqavimət oxuna qarşı mübarizədə danışıb.

"Əhməd əl-Şaraanın rəhbərlik etdiyi hökumət İsrailin Suriyanın yeni rəhbərliyini rəsmən tanımasını gözləyir. Qeyd edək ki, İsrail 1948-ci ildə müstəqilliyini elan edəndən bəri iki ölkə arasında münasibətlər düşmən olub və onlar bir neçə dəfə bir-biri ilə vuruşublar. Suriya həmçinin ötən il dekabrın 8-də Əhməd əl-Şaaranın başçılıq etdiyi qrupların Bəşər Əsəd rejimini devirməyə müvəffəq olmasından sonra İsrail ordusunun nəzarətə götürdüyü ərazilərdən İDF qüvvələrinin çıxarılmasını tələb edəcək.

İsraildən Suriyadakı bütün hərbi əməliyyatları dayandırması və Suriyanın cənubu, Colan təpələri yaxınlığında və İordaniya ilə sərhəd üçün təhlükəsizlik razılaşmasına razılıq verməsi tələb olunacaq. 

Suriya da danışıqlarda vasitəçi kimi çıxış edən ABŞ-dən Dəməşqə dəstək verməsini və Suriyaya qarşı bütün sanksiyaları tamamilə ləğv etməsini gözləyir.

İsrail, "Hizbullah"ın mübahisə etdiyi İsrail, Suriya və Livan sərhədindəki Colan təpələri və Şebaa fermaları (Dov dağı) üzərində tam suverenlik əldə edəcək. Colan təpələri çox güman ki, “Sülh parkına”, yəni beynəlxalq müşahidəçilər üçün əraziyə çevriləcək.

Diplomatik dairələrdə bu cür optimizmə baxmayaraq, Suriyada daxili təzyiqlərə görə belə bir razılaşmanın həyata keçirilməsi çətin ola bilər. Məsələn, Əsəd rejiminin devrilməsində mərkəzi rol oynamış “Həyat Təhrir əl-Şam” qruplaşması İsraillə istənilən razılaşmaya qəti şəkildə qarşı çıxıb. Qrup həmçinin Suriyadakı dini azlıqlara qarşı yumşaq münasibət və Vaşinqtonla əlaqələrin inkişafından da narazılığını bildirib", - telekanal mənbələrə istinadən qeyd edib. 

 Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri