Icma.az
close
up
RU
Suriya ilə normal dostluq münasibətlərini zirvəyə daşımaq prioritet olmalıdır POLITOLOQ

Suriya ilə normal dostluq münasibətlərini zirvəyə daşımaq prioritet olmalıdır POLITOLOQ

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Natiq Miri: Üfiqdə Türkiyə, Suriya, Azərbaycan olmaqla yeni üçlük formatı yaradılır



14 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani arasında telefon danışığı aparılıb.

Bu barədə XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Nazirlər telefon danışığı zamanı Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.

Uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən, ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycan-Türkiyə-Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Suriya Yaxın Şərqin qapısı sayılır:


“Ona görə regionda güclü olmaq, Suriya ilə dostluq münasibətlərini zirvəyə daşımaq prioritet olmalıdır. Məlum olduğu kimi üfiqdə Türkiyə, Suriya, Azərbaycan olmaqla yeni üçlük formatı yaradılır. Həmin üçlük formatı hansısa dövlətə qarşı çevrilməyib. Azərbaycanın bu formatda yer alması müəyyən mənada regionda narahat olan qüvvələrin sakitləşməsinə yol açır. İsrailin Suriyada mövcud olan Türkiyə ilə toqquşma qorxusu ilə bağlı narahatlığı var. Azərbaycanın Suriyada varlığı və sözügedən üçlük formatının mövcudluğu İsrail dövlətinə müəyyən təminatdır ki, onlar İsrailə qarşı yönəlməyib. Bu baxımdan Suriya ilə münasibətlərin tənzimlənməsi qardaş Türkiyənin mövqeylərini gücləndirdiyi kimi Azərbaycanın da geosiyasi əhəmiyyətini artırır. Azərbaycanın Suriyanın dirçəlməsi üçün bir çox faydalı sahələri var. Buraya enerji daşıyıcıları, neft-qaz mənbələri, yaşıl enerjinin əldə olunmasıyla bağlı  Azərbaycanın Suriyaya verə biləcəyi yardım və töhfələr mövcuddur. Suriya tərəfindən türk dövlətləriylə münasibətlərin onlara təhlükəsizliyinə təminat verəcək amil kimi dəyərləndirilməsi müsbət hadisədir. Bu münasibətləri təkcə sözdə deyil, eyni zamanda əməli fəaliyyətdə həyata keçirmək lazımdır. Ona görə də münasibətləri tənzimləmək və qarşılıqlı səfərləri intensivləşdirmək vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri