Icma.az
close
up
RU
Suriya ətrafında dəyişən mövqelər Politoloq AÇIQLADI

Suriya ətrafında dəyişən mövqelər Politoloq AÇIQLADI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ, İsrail və Suriya rəsmiləri iyulun 24-də Suriyanın cənubunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşəcəklər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, ABŞ Suriyadakı hakimiyyəti tanıyır, eləcə də ABŞ İsrailin Suriyada keçirdiyi hərbi əməliyyatları dəstəkləmədiyini bəyan edir və hesab edir ki, Suriya ilə İsrail arasında təhlükəsizlik məsələsi ilə bağlı anlaşılmazlıqlar müzakirə yolu ilə həll oluna bilər:

"Buna görə də belə bir görüş keçirilməsi daha məqbul sayılır. Hətta mətbuatın yazdığına görə, belə bir görüşün Bakıda keçiriləcəyi də istisna olunmur. Bu nə deməkdir? Bu o deməkdir ki, İsrailin Suriyaya qarşı atdığı addımlar ABŞ tərəfindən məqbul sayılmır və Suriyadan tələb olunan məsələlərin həlli üçün müzakirələr aparılır. ABŞ-nin Suriyadan konkret tələbləri var. Bu, əsasən ordu quruculuğu, etnik və məzhəbi məsələlər, eləcə də təhlükəsizlik sahəsini əhatə edir.

Hesab edirəm ki, bu məsələlərdən biri də Colan təpələri ilə bağlı ola bilər. Çünki bu ərazilər 1967-ci ildə İsrail tərəfindən nəzarətə alınıb və İsrail buranı artıq öz ərazisi hesab edir. ABŞ da bu əraziləri İsrailin ərazisi kimi tanıyır. Lakin Əhməd Əl Şaraa hakimiyyətə gələndən sonra bəyan etdi ki, İsrail onlar üçün təhlükə mənbəyi deyil və özləri də İsrail üçün heç bir təhlükə yaratmırlar. Colan təpələrinin isə gələcəkdə müzakirə edilə biləcəyini qeyd etdi".

Politoloqun sözlərinə görə, yaranmış vəziyyətdən İsrail istifadə edərək Colan təpələri ilə bağlı məsələnin də həllinə nail olmağa çalışır.

"Bu baxımdan həm druzlardan, həm də PKK-nın Suriyadakı törəmələri olan YPG və PYD-nin yaratdığı Suriya Demokratik Qüvvələrindən mərkəzi Dəməşq hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə olunur. Bu il daha bir hadisə meydana gəldi ki, bu da Türkiyənin təhlükəsizliyini təmin etmək məqsədilə Suriyaya mümkün hərbi müdaxilə məsələsi idi. Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan etdi ki, ölkəsi üçün təhlükə yaranacağı halda Suriyaya müdaxilə edə bilərlər.

Bu gün, iyulun 23-də isə Suriya hökuməti rəsmi şəkildə Ankaraya müraciət edərək daxili təhlükəsizliyini təmin etmək üçün Türkiyədən hərbi dəstək istəyib. Bu, onu göstərir ki, perspektivdə Suriyadakı vəziyyəti normallaşdırmaq üçün həm diplomatik müzakirələr, həm də güc tətbiqi paralel şəkildə davam etdiriləcək.

Razılaşmalara gəlincə, Suriyanın ərazi bütövlüyü və suverenliyi məsələsi beynəlxalq ictimaiyyət, o cümlədən Türkiyə və ABŞ tərəfindən birmənalı şəkildə tanınır. Bu səbəbdən ərazi bütövlüyü müzakirə mövzusu olmayacaq. Lakin Colan təpələri, druzlar, ələvilər və kürdlərlə bağlı hüquqlar sahəsində müəyyən anlaşmaların əldə olunması mümkündür", - deyə Sədrəddin Soltan bildirdi.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri