Suriya Latakiyadakı qırğınları müstəqil araşdırmağa üstünlük verir KİV
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriyanın sahilyanı əyalətlərində zorakılığın artmasına səbəb olan halları araşdıran müstəqil komitə Dəməşqdə işə başlayıb. Komitə dinc əhalinin qətliamına görə məsuliyyət daşıyanların hamısını cəzalandırmaq niyyətindədir.
“Report” xəbər verir ki, bunu "Syria TV" telekanalına komitənin rəsmi nümayəndəsi Yasir Fərhan deyib.
Onun sözlərinə görə, hakimiyyət Latakiya, Tartus və Baniyasda günahsız vətəndaşlara hücum hallarını müstəqil araşdırmağa üstünlük verir.
"Biz beynəlxalq qurumlarla əməkdaşlığa açığıq. Lakin özümüzü milli imkanlardan istifadə etməklə məhdudlaşdırmağa üstünlük veririk", - o vurğulayıb.
Eyni zamanda, Fərhan komitəyə daxil olan müstəntiqlərin müstəqilliyini və qərəzsizliyini təsdiqləyib: "Biz sübutların toplanması və cinayətlərdə iştirak edənlərin müəyyən olunması üzərində işləyirik. Şahidlərin siyahılarını hazırlayırıq və qətliamların törədildiyi yerləri dəqiqləşdiririk. İstintaqda köməklik göstərmək üçün məhkəmə-tibb ekspertləri cəlb olunub. İfadə vermək istəyən hər bir şahidin müdafiəsi təmin olunacaq".
O bildirib ki, komitə 30 gün ərzində araşdırmanı başa çatdırmağı gözləyir. “Təqsirkarların heç biri cəzadan yayına bilməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Mart 2025 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















