Icma.az
close
up
RU
Suriya parlamentində kimin səs çoxluğuna sahib olması çox şeyi müəyyən edəcək

Suriya parlamentində kimin səs çoxluğuna sahib olması çox şeyi müəyyən edəcək

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Suriyada yeni administrasiya altında ilk parlament seçkilərinin sentyabr ayında keçiriləcəyi gözlənilir. Qeyd edilib ki, Xalq Məclisində səsvermənin sentyabrın 15-dən 20-dək keçiriləcəyi gözlənilir.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən siyasi şərhçi Şakir Ağayevin sözlərinə görə, ilk növbədə nəzərdə tutulan odur ki, parlament seçkiləri Suriyanın özü üçün, Suriyada legitim hakimiyyətin - qanunverici hakimiyyətin formalaşması üçün çox önəmlidir:

"Bilirik ki, Bəşər Əsəd rejimi devriləndən sonra Suriyada qurulan hökumət və prezidentlik müvəqqəti xarakter daşıyır və ilk dəfə olaraq legitim formada, Suriya xalqının iştirak etdiyi qanunverici hakimiyyət formalaşacaq. Sözsüz ki, bu, ilk növbədə Suriyanın özü üçün çox önəmlidir və Suriyanın suverenliyi, ərazi bütövlüyü və idarəetməsi baxımından mühüm amillərdən biridir. Yeni qanunların qəbul edilməsində və sair məsələlərdə bu mühüm rol oynayacaq. Sözsüz ki, Suriyadakı vəziyyətin istənilən forması region ölkələri üçün önəm daşıyır – istər İran, istər Rusiya, istərsə də Türkiyə üçün. Bilirik ki, həm İranın, həm Rusiyanın, həm də Türkiyənin Suriyada maraqları var. Düzdür, hazırda Türkiyənin oradakı mövqeyi daha güclüdür. İranın ümumiyyətlə mövqeləri zəifləyib, Rusiyanın isə orada hərbi bazaları mövcuddur".

Politoloq bildirdi ki, yeni seçiləcək parlamentin İranla, Rusiya ilə və Türkiyə ilə münasibətlərə baxışı, eləcə də Rusiyanın oradakı bazalarının qalıb-qalmaması məsələsi parlamentin formalaşmasından sonra yəqin ki, müzakirə mövzusuna çevriləcək:

"Təbii ki, bu məsələ regionda adıçəkilən dövlətlər üçün birbaşa təsir göstərəcək. İndi bu təsir mənfi olacaq, yoxsa müsbət, bunu parlament seçkilərindən sonra bilmək mümkün olacaq. Çünki Suriyada məzhəb davamçıları və etnik qruplar çoxluğu var. Kimlərin parlamentə daha çox düşməsi və parlamentdə kimin səs çoxluğuna sahib olması çox şeyi müəyyən edəcək. Bundan asılı olaraq həmin dövlətlərə qarşı uyğun siyasətlər aparılacaq. Bu parlamentdən sonra yəqin ki, növbəti prezident seçkiləri keçiriləcək və bu, Suriyanın müstəqil bir dövlət kimi dövlət quruluşunun formalaşmasında mühüm rol oynaya bilər".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyul 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri