Icma.az
close
up
RU
Yücel Karauz: Türkiyə Suriya üçün üzərinə düşən hər şeyi edəcək

Yücel Karauz: Türkiyə Suriya üçün üzərinə düşən hər şeyi edəcək

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Ankara yeni idarəetmə məsələlərində Şam hökumətinə hərtərəfli dəstək verməyə davam edəcək”


Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara Ankaraya səfər edib və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Səfərdə diqqətçəkən məqamlardan biri də Şaranın Türkiyə təyyarəsi ilə Ankaraya gəlməsi olub. Bildirilib ki, birbaşa Ərdoğanın göstərişi ilə Suriyanın yeni lideri üçün "TC-IST" nömrəli təyyarə təyin edilib. Müvəqqəti hökumətin prezidenti Əhməd əş-Şara bildirib ki, Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir. O qeyd edib ki, Suriya xalqı Türkiyənin son illərdə ölkəyə verdiyi töhfələri heç vaxt unutmayacaq: 

"Prezident Ərdoğanın Suriyada keçid prosesinin uğurlu olması üçün göstərdiyi səyləri və istəyini yüksək qiymətləndiririk". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da deyib ki, Suriya xalqı öz müqəddəratını təyin etmək üçün gərəkli iradəyə sahibdir. Onun sözlərinə görə, Suriyada yeni səhifə açılıb: "Bu ölkədə terrora yer yoxdur. Türkiyə olaraq ən çətin günlərdə suriyalı qardaşlarımızı yalnız qoymadıq, yeni dövrdə də onlara lazımi dəstək veriləcək. Bu barədə dəyərli qardaşımıza da bildirdik. Yaxın zamanda qarşılıqlı səfərlərin və təmasların həyata keçəcəyinə inanırıq". Əş-Şəra və Ərdoğan görüş zamanı mərkəzi Suriyada Türkiyə aviabazalarının yaradılmasını və yeni Suriya ordusunun hazırlanmasını əhatə edəcək birgə müdafiə paktını müzakirə ediblər. İddialara görə, Əhməd əş-Şəra Ərdoğana ölkəsində Türkiyə hərbi bazalarının yerləşdirilməsini təklif edib. Məlumata əsasən, Türkiyə Suriya hava məkanından hərbi məqsədlər üçün istifadə edə biləcək. Hətta aviabazaların yaradılması üçün mümkün yerlər kimi Palmira hərbi aeroportu və hər ikisi Homs əyalətində yerləşən Suriya ordusunun T4 bazası göstərilir. 


Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz "Sherg.az"a deyib ki, Türkiyə Suriyada hər zaman önəmli rol oynayıb. Generalın sözlərinə görə, Türkiyə və Suriyanın 810 km.lik sərhədi var: 

"Suriyada 5.5 milyon türkmən yaşayır. Bununla yanaşı, hazırda Suriyada fəaliyyət göstərən xeyli sayda terrorçu qruplaşma var. Suriya Türkiyənin qonşusudur. Ankara hökuməti əvvəlki dönəmlərdə olduğu kimi bugündə Suriyanın ərazi bütövlüyünü, suverenliyini, unitar quruluşunu dəstəkləyir, gələcəkdə də belə olacaq. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaranın Türkiyəyə reallaşdırdığı ziyarətdə əsas müzakirə mövzuları təhlükəsizliklə bağlı məsələlərdir. Xüsusən, bölgədəki terrorçu ünsürlərin yox edilməsi, üçüncü ölkələrin Suriya torpaqlarındakı fəaliyyəti, PKK terror təşkilatının sonlandırılması, yeni qanuni idarəetmə mexanizminin formalaşması və s. məsələlər müzakirə predmeti olub". 

Y.Karaüz vurğulayıb ki, Suriyada və bölgədə baş verən geosiyasi və geostrateji proseslər fonunda Türkiyənin də iştirakı, rolu olacaq: "Türkiyənin Suriyada hərbi bazasının qurulması ilə bağlı hazırda nəsə söyləmək tələskənlik olar. Çünki hazırda öncəlik Suriyanın dövlət kimi möhkəmlənməsi, ölkədə stabilliyin, əmin-amanlığın tədricən bərpa olunmasıdır. Türkiyə xoş niyyəti və bütün səmimiyyəti ilə bərabər Suriyada təhlükəsizlik, iqtisadi, yeni idarəetmə məsələlərində Şam hökumətinə hərtərəfli dəstək verməyə davam edəcək. Suriya hökumətindən də gözləntimiz odur ki, bütün leqal qrupların ədalətli təmsilçiliyi fonunda vahid dövlət idarəetməsinə keçid edilsin. Türkiyə bu istiqamətdə üzərinə düşən hər şeyi edəcək. O baxımdan Suriya prezidenti Əhməd əş-Şaranın Səudiyyə Ərəbistanından sonra Türkiyəyə səfər etməsi önəmlidir".

İsmayıl Qocayev 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri