Suriya prezidentinin atası oğlunu tənqid etdi: Bu addımı atsanız...
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Suriya prezidenti Əhməd əl-Şaranın atası Hüseyn əl-Şara yeni administrasiyanı tənqid edib.
Turkustan.az xəbər verir ki, Hüseyn əl-Şara oğlunun rəhbərlik etdiyi administrasiyanı dövlət sektorunun özəlləşdirilməsinə yol açan iqtisadi siyasətinə görə tənqid edib.
O, tənqidi fikirlərini “Facebook” hesabında paylaşıb.
“Dövlət sektoru şirkət və təşkilatlarının özəlləşdirilməsi ilə bağlı eşitdiklərimə gəlincə, bunun böyük bir səhv olacağını deməliyəm. Çünki dövlət sektoru onilliklər əvvəl yaranıb. Bunlar milli dəyərlərdir və xalqa məxsusdur. Əgər laqeydlik, korrupsiya və itkilər varsa, günah infrastrukturda deyil, onlara öz mülkü kimi yanaşan, heç bir təcrübəsi və marağı olmadan istədikləri kimi idarə edən səhlənkar idarələrdir. Dövlət sektorunda özəlləşdirmələr milli suverenliyə təhlükədir. Ağıllı olun, əvvəlkiləri məhv etməyin, yoxsa, bu böyük səhv olar”, - deyə o paylaşımında qeyd edib./publika.az
Baxış sayı:132
Bu xəbər 21 Fevral 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















