Icma.az
close
up
RU
Fitrə verənlərin nəzərinə: Bu addımı atsanız, batil olacaq

Fitrə verənlərin nəzərinə: Bu addımı atsanız, batil olacaq

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Mart ayının 30-u Ramazan bayramıdır. Bu ayın vacib əməllərindən biri fitrə zəkatının verilməsidir. Belə ki, qaydaya uyğun olaraq insanlar fitrə zəkatını bayram namazına qədər verməlidir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraq hər ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılması məqsədəuyğundur.

Maraqlıdır, insanlar bu məbləği imkanları çərçivəsində, yəni daha az və ya daha çox verə bilərmi?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, fitrə zəkatının bayram namazından öncə çıxarılması məsləhətdir.

Onun sözlərinə görə, fitrə bir insanın gündəlik əsas qida ehtiyacına uyğun olaraq təyin olunur:

“Peyğəmbərimizin (s.a.v) dövründə buğda, arpa, kişmiş, xurma və s. verilib. Yəni bir cəmiyyətin daha çox ehtiyacı olan qidalardan seçilərdi. İndi QMİ tərəfindən qimətlərə uyğun olaraq bir məbləğ təyin olunur. Bu rəqəm isə 15 manat üzərində dayanır. Fitrə zəkatını imkanlı, maliyyə cəhətdən vəziyyəti yaxşı olan insanlar çıxarırlar. Bayram günündə kasıb, borclu, ehtiyaclı olan adamlarını sevindirib, ehtiyacı olduğu şeyləri həll etməyə çalışırlar. Əgər bir insan bu gün evində bahalı xurma yeyir, sədəqə verərkən ucuz xurmaya üstünlük verirsə, bu, doğru deyil. Yəni fitrə zəkatını verən zəngin şəxs süfrəsinə hansı nemətləri qoyursa, başqasının süfrəsinə də həmin məhsulların qoyulması uyğun görülür. 15 manat minimum hədd sayılır. Bunun yuxarı limiti yoxdur”.

İlahiyyatçı imkanlı şəxslərə səslənib:

“Yaxşı olardı, ölkəmizin imkanlı şəxsləri elə bir fitrə zəkatı çıxarsınlar ki, cəmiyyətdə kasıb insan qalmasın. Ehtiyaclı olan insanın bütün problemlərini həll etsinlər. Belə imkan varsa, günümüzün Zeynalabdin Tağıyevi olub, kasıbların üzünü güldürsünlər. İmkanlı şəxslərin sadəcə 15 manatla kifayətlənməsi minimum həddi yerinə yetirmək sayılır. Peyğəmbərimiz (s.a.v) buyurur ki, tutduğunuz oruc səmadan asılı vəziyyətdədir. Onu Allahın dərgahına qaldıran verdiyiniz sədəqələrdir. Sədəqə verən insanlar onu hədiyyə olaraq verməli, özlərini minnətli hala gətirməməlidirlər. Çünki minnətlə verilən sədəqələr batil olur. Onu hörmətlə, ehtiramla, dəyərlə verməlidir. Yəni ehtiyaclı adamın ondan aldığı sədəqəyə görə Allah ona savab yazacağını bilməlidir. Ona görə də könül körpüsünü doğru qurmaq lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Mart 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri