Icma.az
close
up
RU
Suriya razılaşması İraq Kürdüstanı modelini xatırladır RƏY 

Suriya razılaşması İraq Kürdüstanı modelini xatırladır RƏY 

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hökumət formal suverenliyi saxlayır, amma real hakimiyyət SDF-dədir

Dəməşq hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDF) arasında "tarixi" bir razılaşma əldə edilib. Doğrudur, bəzi məsələlər üzrə danışıqlar hələ də davam edir, lakin əldə olunan razılıq özlüyündə region üçün tarixi qırılma nöqtəsidir. Razılaşma kürdlərin Suriya mərkəzi hakimiyyətinə inteqrasiyası kimi təqdim edilsə də, əslində, onlara bir növ muxtariyyətin verildiyini göstərir. Bu muxtariyyət hələlik İraq Kürd Regional Hökuməti səviyyəsində olmasa da, Suriya dövlətinin indiyə qədərki mərkəzçi idarəçilik modeli ilə müqayisədə köklü bir qırılmadır. 

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, razılaşma bir çox əsas elementlərinə görə İraq nümunəsinə çox yaxındır və hərbi struktur məsələsi də diqqət çəkir. Ekspert qeyd edib ki, SDF-nin komandanı Məzlum Əbdinin nəzarətində üç diviziyanın saxlanılması və bu qüvvələrin birbaşa Dəməşqin gündəlik nəzarətindən kənarda qalması qərarı klassik muxtariyyət modellərinin əsas şərtlərindən biridir:

"Üstəlik, bu diviziyaların komandirlərinin təyin və azad edilməsinə Dəməşqin qarışa bilməməsi ilə bağlı sənəddə qeyd olunan detal, mərkəzi hakimiyyətin suverenliyinin real olaraq məhdudlaşdırıldığını göstərir. Dövlətin formal şəkildə "vahid ordu" iddiası qalsa da, praktikada paralel və muxtar silahlı struktur legitimləşdirilir. Bu, İraqda peşmərgənin Bağdad ordusundan müstəqil mövcudluğunu xatırladan modeldir. Razılaşmanın daha incə, lakin daha strateji tərəfi kadr və rütbə siyasətidir. SDF-dən olan 100 zabitə yüksək hərbi rütbələrin verilməsi, lakin onların öz qüvvələri olmadan müdafiə və daxili işlər nazirliklərində yerləşdirilməsi, Dəməşqin nəzarət görüntüsü yaratmaq cəhdi kimi görünür. Əslində isə bu addım SDF elitasının dövlət aparatına inteqrasiyası yolu ilə kürd siyasi-hərbi təsirinin mərkəzi strukturlara daşınmasıdır. Bu, muxtariyyətlərin klassik "dövlət içində dövlət" mexanizminin yumşaq formasıdır. Ən mühüm məqamlardan biri inzibati mərkəzsizləşdirmədir. SDF-yə “tam inzibati mərkəzsizləşdirmə” verilməsi və bölgədəki bütün dövlət məmurlarının təyinatının onun səlahiyyətində olması, faktiki olaraq regional hökumət statusu deməkdir. Dövlət bayrağı və rəsmi adı dəyişməsə belə, real hakimiyyət yerli qurumun əlində cəmlənir. Bu, İraq Kürdüstanında Ərbilin öz bürokratiyasını formalaşdırmasına çox bənzəyir və Suriyanın unitar modelinə ziddir. Təhlükəsizlik və həbsxanalar məsələsi də muxtariyyətin açıq göstəricisidir. Əl-Hol düşərgəsi və İŞİD üzvlərinin saxlanıldığı həbsxanalarda təhlükəsizliyin yenə də SDF tərəfindən təmin olunması, dövlətin ən həssas sahələrindən birinin mərkəzdən kənarda qalması deməkdir. Dəməşq yalnız komitələr və ofislər vasitəsilə məlumat toplayan tərəf rolunu oynayır. Bu, təhlükəsizlik suverenliyinin bölüşdürülməsi anlamına gəlir ki, muxtar qurumların əsas xüsusiyyətidir".

T.Rzayev əlavə edib ki, iqtisadi aspekt isə razılaşmanın ən kritik və ən "İraqvari" tərəfidir: "Neftin Dəməşq, SDF və xarici şirkətlər arasında bölüşdürülməsi, üstəlik, neft yataqlarının hərbi mühafizəsinin SDF-də qalması, resurs üzərində real nəzarətin yerli aktorda olduğunu göstərir. İraq Kürdüstanında da mərkəzi hökumətlə əsas mübahisə məhz neft gəlirlərinin paylaşımı üzərində qurulmuşdu. Xarici siyasətdə SDF-nin birbaşa əlaqələrinin qadağan olunması ilk baxışda mərkəzi hakimiyyətin gücləndirilməsi kimi görünə bilər. Lakin eyni zamanda ABŞ və Avropanın zəmanəti altında beynəlxalq müqavilə imzalanması, Dəməşqin deyil, beynəlxalq aktorların əsas təminatçı rolunda olduğunu ortaya qoyur. Bu isə mərkəzi hökumətin suveren qərarvermə imkanlarını məhdudlaşdırır və SDF-ni beynəlxalq hüquqi çərçivədə qorunan bir regional aktora çevirir. İraq Kürdüstanının 2000-ci illərdə ABŞ-nin himayəsi altında möhkəmlənməsi ilə bu model arasında açıq paralellik var. Nəticə etibarilə, bu razılaşma adı muxtariyyət olmasa da, hərbi, inzibati, təhlükəsizlik və iqtisadi səlahiyyətlərin bir mərkəzdə SDF-nin nəzarətində cəmlənməsi ilə faktiki muxtariyyət rejimi yaradır. Fərq ondadır ki, bu mərhələdə Suriya hökuməti formal suverenliyi saxlayır və model daha aşağı profilli təqdim olunur. Lakin struktur baxımından İraq Kürd Regional Hökumətinin ilkin mərhələlərinə çox bənzəyir və zamanla daha institusional bir muxtariyyətə çevrilməsi üçün hüquqi və siyasi zəmin formalaşdırır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri