Icma.az
close
up
RU
Suriya üçün şans anı: narahatlıq da var, nikbinlik də

Suriya üçün şans anı: narahatlıq da var, nikbinlik də

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uzun illərin qorxu və təşvişi: kim hökmranlıq edəcək – türklər, iranlılar, yoxsa ərəblər?

Münhen Təhlükəsizlik Konfransında “Dəməşq üçün yeni şəfəq: Suriyada keçid prosesi üçün gözləntilər” adlı panel müzakirəsi keçirilib. Müzakirədə Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib və maraqlı məqamlara toxunub. Fidan deyib ki, region ölkələri Suriya məsələsində konsensus əldə ediblər.

“Biz qonşu dövlətlərə qarşı təhdidlər görmək istəmirik. Biz terrorun güclənməsini və özünə dayaq tapmasını istəmirik. Eyni zamanda, biz azlıqlara qarşı pis rəftar edilməsini istəmirik. Biz Suriyanın ərazi bütövlüyünün və siyasi suverenliyinin təmin edilməsinin tərəfdarıyıq. Biz əhatəli hökumət görmək istəyirik”, deyə Fidan qeyd edib.

Nazir vurğulayıb ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra region ölkələri Dəməşqdə yeni hökumətdən gözləntiləri ilə bağlı məsləhətləşmələr aparıblar. Onun sözlərinə görə, on ildən artıq regionda sabitliyin pozulmasından sonra ilk dəfə olaraq Suriya məsələsini həll etmək şansı var.

Fidan vurğulayıb ki, Suriyanın yeni rəhbərliyi beynəlxalq və regional ictimaiyyətin tələblərini nəzərə almağa hazır olduğunu nümayiş etdirir. Nazir əlavə edib ki, həmkarlarından Suriya hökumətinin işi ilə bağlı ciddi şikayətlər eşitməyib, lakin ölkə hələ də bir çox problemlərlə üz-üzədir.

Türkiyənin baş diplomatı bildirib ki, Suriyada sabitləşmənin əsas məsələlərindən biri silahlı birləşmələrin ləğvidir: “Suriya rəhbərliyi bu istiqamətdə düzgün addımlar atır. Fikrimizcə, hər bir dövlətdə yalnız bir qanuni silahlı qüvvə olmalıdır”.

Nazir qeyd edib ki, Türkiyə silahlı qrupların mövcudluğu vəziyyətinə dözə bilməz: “Çünki bu, xaosa və qeyri-sabitliyə gətirib çıxarır. Və bu, artıq praktikada sübut olunub. Ölkədə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün silahlı birləşmələr vahid milli ordunun himayəsi altında birləşdirilməlidir”.

Fidan xatırladıb ki, müxalifətin nəzarəti altında olan əhalinin müdafiəsi üçün hərbi əməliyyatlar həyata keçirilib: “O vaxt biz təxminən 5 milyon insandan danışırdıq. Bu, Astana prosesinin bir hissəsi idi. Düşünürəm ki, bu gün xoşbəxtlikdən qorumağa çalışdığımız insanların hamısı ölkənin idarə olunmasında iştirak edir. Ümid edirəm ki, onların parlaq gələcəyi var".

Nazir vurğulayıb ki, Suriya terror təşkilatlarına qarşı mübarizədə Türkiyənin müttəfiqi olmalıdır: “Çünki PKK/YPG Suriya və bütün bölgə üçün İŞİD qədər ciddi təhlükə yaradır. Türkiyə, İraq və İrandan gələn beynəlxalq terrorçular hazırda İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Suriyanın şimalında cəmləşirlər”.

Türkiyənin XİN başçısı ABŞ-ın bölgədəki rolunu tənqid edərək, ABŞ ordusunun həbsdə olan İŞİD yaraqlılarını saxlamaqla faktiki olaraq “həbsxana xidmətləri” ilə məşğul olduğunu deyib.

“İŞİD döyüşçülərinin saxlanması üçün başqa yer yoxdur, ona görə də bu ərazi həbsxana kimi seçilib. Lakin bu insanların ölkənin üçdə birini işğal etməsinə, neft və qaz yataqlarına nəzarət etməsinə, Suriyanı talan etməsinə, mərkəzi hökumətin və milyonlarla suriyalının sərvətlərdən istifadə etməsinə imkan vermək olmaz. Buna son qoymaq lazımdır. Bu, təkcə milli təhlükəsizliyimiz üçün təhdid deyil, həm də bütün region üçün ciddi problemdir”, - deyə Fidan bəyan edib.

Nazir qeyd edib ki, bu məsələ ABŞ-ın əvvəlki administrasiyası ilə də müzakirə olunub: “Biz Amerikanın əvvəlki rəhbərliyi ilə son aylarda ətraflı danışıqlar apardıq. Donlad Tramp administrasiyası indi yeni formalaşır. Mən dövlət katibi Marko Rubio ilə şəxsən görüşdüm və həmkarlarım da həmkarları ilə görüşürlər. Ümid edirəm ki, biz razılığa gələ bilərik".

“Ankaranın 14 ildir Suriyaya dəstək verməsi Türkiyənin bu ölkədə təsir iddiaları demək deyil. Biz qəti şəkildə buna işarə etməkdən belə çəkinirik. Əslində siz regionumuzun əsas problemlərindən birinə – hökmranlıq mədəniyyətinə toxundunuz. Uzun illərdir bölgəmizdə qorxu və təşviş hökm sürür: kim hökmranlıq edəcək – türklər, iranlılar, yoxsa ərəblər? Düşünürəm ki, bunu keçmişdə qoymağımızın vaxtıdır. Biz əməkdaşlıq, hörmət, həmrəylik və bir-birimizin suverenliyinə sadiqlik mədəniyyətini inkişaf etdirməliyik. Əminəm ki, bu mümkündür və biz buna yaxınıq. Mən Suriyanın gələcəyi ilə bağlı nikbinəm”, - deyə Fidan fikrini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 Fevral 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri