Suriya vasitəçilərlə İsrailin zərbələrinə son qoymağa çalışır KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriya hakimiyyəti İsrail ordusunun ölkənin cənub-qərb bölgələrinə davamlı hücumlarını dayandırmağa çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bildirib.
Onun sözlərinə görə, Dəməşq beynəlxalq vasitəçilərlə dolayı danışıqlar aparmaqla İsrailin hücumlarını dayandırmağa çalışır.
O cümlədən, hökumət nümayəndələri Əl-Kuneytra əyalətində və işğal altında olan Colan təpələrində yaşayan dağ sakinlərinin druz icmasının ağsaqqalları ilə görüş keçirib. Görüşdə yerli əhalinin yaşayış şəraiti və İsrailin Suriya ərazisinə mütəmadi müdaxiləsi fonunda bölgədəki təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Suriya mediası qeyd edib ki, Əl-Şaraanın bəyanatı Suriyanın yeni hakimiyyət orqanlarının İsraillə dolayı danışıqlar aparmasının rəsmi təsdiqidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 İyun 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















