Icma.az
close
up
RU
Suriyada Əsəd, Gürcüstanda İvanişvili rejimləri çöksə, Putin nə edəcək?.. EKSPERT

Suriyada Əsəd, Gürcüstanda İvanişvili rejimləri çöksə, Putin nə edəcək?.. EKSPERT

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yaxın Şərqdə və Cənubi Qafqazda mövqelərini itirən Rusiya üçün Qara dəniz hövzəsi yeganə ümid yeri olacaq. Nəzərə alsaq ki, Moskva faktiki olaraq Abxaziyada da mövqelərini itirmək üzrədir.  Belə olduğu halda, əlbəttə ki, Rusiya bütün gücünü toplayaraq Ukraynada uğur qazanmağa çalışacaq.  Bu isə o deməkdir ki, Putin rejimi bir qədər də aqressivləşəcək, ola bilsin ki, indiyədək istifadə etmədiyi silahlardan da istifadə edəcək”.

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Əgər Suriyada Əsəd rejimi çökərsə, Gürcüstanda isə İvanişvili rejimi xalq etirazları qarşısında, geri çəkilib hakimiyyətlərini müvəqqəti də olsa itirməmək üçün, ən azı, yeni parlament seçkiləri keçirilməsi və avrointeqrasiya kursuna qayıtmaq haqda qərar verməyə məcbur olarsa, bunlar Rusiya lideri V.Putini Ukraynaya qarşı savaşda daha da aqressivləşdirəcək, yoxsa?” sualını cavablandırarkən dilə gətirib.

“Amma Rusiyanın öz ordusu da elə bir vəziyyətdə deyil ki, o, ciddi uğurlar əldə etsin. Təbii, dağıdıcı əməliyyatlar aparacaqlar, yenə şəhərləri dron, raket atəşi və aviasiya bombardmanına məruz qoyacaqlar. Lakin,  zənnimcə, bütün bunlar da  Kremlə həmişəki kimi sırf hərbi mənada uğur gətirməyəcək”, -  deyə davamında analitik diqqətə çatdırıb.  

“Bəşər Əsədin guya dolayı kanallarla İsraildən dəstək istəməsi haqda bəzi ərəb kanallarının yaydığı informasiyaları nə dərəcədə reallığa uyğun hesab edirsiz?” sualına isə ekspert belə cavab verib:

“Yox, bu, inandırıcı deyil. Çünki Bəşər Əsəd özü də yaxşı bilir ki, İsrail ona heç bir dəstək verə bilməz. Hesab edirəm ki, bu daha çox dezinformasiyadır və o məlumatı Əsədi bir az da nüfuzdan salmaq üçün yayıblar.  Əsədin nə İsraildən dəstək istəməsi inandırcı görünür, nə də İsrailin ona dəstək verə bilməsi...”

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri