Icma.az
close
up
RU
Suriyada Əsəd rejiminin sonu Qorxu salan ordu necə çökdü?

Suriyada Əsəd rejiminin sonu Qorxu salan ordu necə çökdü?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Suriyada müxalifət qüvvələri noyabrın 27-də başladılan genişmiqyaslı hücumlar nəticəsində paytaxt Dəməşqi ələ keçirərək prezident Bəşər Əsədi devirdilər. Bu əməliyyat ölkədə 13 ildir davam edən və yüz minlərlə insanın həyatını itirdiyi vətəndaş müharibəsinə qəfil son qoyub.Əsəd rejiminin ordusu müxaliflərin güclü hücumları qarşısında sürətlə geri çəkilib. İki həftə ərzində rejim qüvvələri ciddi müqavimət göstərə bilməyib və paytaxt Dəməşqin süqutuna mane ola bilməyib.

Milli.Az xəbər verir ki, buna ölkədə  baş verən daxili çöküşlər də səbəb ola bilər

Ordunun Daxili Çöküşü

Hərbi mənbələr bildirirlər ki, rejim ordusu illərlə aşağı maaşlar, korrupsiya və xarici müttəfiqlərə həddindən artıq güvənmə nəticəsində zəifləmişdi. İran və onun maliyyələşdirdiyi milislərin Suriyanın hərbi əməliyyatlarına dominantlıq etməsi, ordunun özündə bir çox narazılıqlara səbəb olmuşdu.

Müharibə illərində Əsəd ailəsinin sərvət topladığı xəbərləri də əsgərlərin və zabitlərin əhval-ruhiyyəsini pisləşdirib. Bir çox hərbi bölmədə zabitlərin əsgərlərdən rüşvət alması və onların maaşlarını özlərinin toplamasını tələb etməsi birlik çatışmazlığına və fərariliyin artmasına səbəb olub.

Rejimin Çarəsizliyi

Hərbi sənədlər göstərir ki, noyabrın 28-də bütün qoşunlara tam döyüş hazırlığında olmaq əmri verilsə də, əksər əsgərlər və zabitlər əmrləri yerinə yetirməkdən imtina ediblər. Rejim ordusunun mühüm bir hissəsi Hələb şəhərini cəmi iki gün ərzində, böyük döyüşlər olmadan müxalif qüvvələrə təslim edib.

Əsəd rejiminin əsas qurumlarından olan Hava Kəşfiyyat İdarəsi də öz bölmələrini müxaliflərin qarşısını ala bilməməkdə günahlandırıb və sərt cəzalar tətbiq edəcəyi ilə hədələyib. Lakin bu cür tədbirlər rejim qüvvələrini yenidən toparlamağa kömək etməyib.

Müxalifət Qüvvələrinin İrəliləyişi

Heyət Təhrir əl-Şamın (HTŞ) rəhbərlik etdiyi müxalifət qrupları əməliyyat çərçivəsində Əsəd rejiminin ən güclü mövqelərini bir-birinin ardınca ələ keçirərək Dəməşqə irəliləyib. Dekabrın ilk günlərində müxalifət qüvvələri paytaxtı tam nəzarətə götürərək rejimin süqutunu elan edib.

Beləliklə, Suriyada 13 illik qanlı vətəndaş müharibəsi müxalif qüvvələrin qələbəsi ilə sona çatıb. Rejim ordusunun daxili problemləri, liderlikdəki zəiflik və əhalinin narazılığı Əsədin devrilməsinə gətirib çıxaran əsas amillərdən biri olub.

Nərmin Mahmudova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Dekabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri