Icma.az
close
up
RU
Suriyada Əsəd rejimi çökdü: 61 ildən sonra azadlıq əldə edildi VİDEO

Suriyada Əsəd rejimi çökdü: 61 ildən sonra azadlıq əldə edildi VİDEO

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyada 61 illik qanlı Baas rejimi sona çatdı və Əsəd hökuməti devrildi. Dəməşqi tərk edən Əsədin taleyi məlum olmasa da, azadlığa çıxan xalq coşğulu şənliklərə başlayıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Əsəd ailəsi dövrünün başa çatması ilə ölkənin müxtəlif şəhərlərində Bəşər Əsəd və atası Hafiz Əsədin heykəlləri yıxılmağa başlayıb. 

1963-cü ildə Suriyada hakimiyyətə gələn Baas Partiyasının 61 illik qanlı hakimiyyəti, 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatlarının zorakılıqla yatırılmağa çalışıldığı vətəndaş müharibəsində çökdü və paytaxt Dəməşq bu ölkədə rejimin nəzarətindən çıxdı. 

Ərəb Sosialist Baas Partiyası 1963-cü ildə çevrilişlə Suriyada hakimiyyətə gəlib. Bəşər Əsədin atası Hafiz Əsəd 1970-ci ildə partiyadaxili çevriliş nəticəsində hakimiyyəti ələ keçirib və 1971-ci ildə Suriya prezidenti olub

Bəşər Əsəd 2000-ci ildə atasının ölümündən sonra Baas rejiminin başçısı olub.

Rejim əleyhdarı qrupların paytaxt Dəməşqə girməsi ilə Əsəd və Baas hakimiyyəti sona çatıb.

Suriyada 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatı başlasa da, rejim zorakılıq yolu ilə kütlələrə müdaxilə edib.

Minlərlə insanın öldürüldüyü rejim müdaxilələri prosesi vətəndaş müharibəsinə çevirib.

Silahlı müxalifət qrupları uzun müddət mübarizə apararkən, beynəlxalq təzyiqlərə baxmayaraq, rejim problemin həllinə diplomatiya və sülh yolu ilə razılaşmayıb.

Noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra rejim Hələb, İdlib və Həmadan başlayaraq bir çox bölgədə nəzarəti itirib.

Nəhayət, paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən geri çəkilməyə başlayıb, rejim əleyhdarı qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib.

61 illik qanlı Baas rejimi və 53 illik Əsəd ailəsinin hakimiyyəti sona çatıb.

Suriyada 61 illik Baas rejiminin süqutu və Əsəd ailəsi dövrünün başa çatması ilə ölkənin müxtəlif şəhərlərində Bəşər Əsədin atası Hafiz Əsədin heykəlləri sökülür.

Suriyada rejim əleyhdarı qruplarla Bəşər Əsəd qüvvələri arasında qarşıdurmaların şiddətləndiyi və ölkənin ən böyük şəhərlərinin rejimin nəzarətindən çıxması ilə xalq kütlələri küçələrə çıxaraq bir çox yerdə Hafiz Əsədin heykəllərini dağıdıb, oğlu Bəşərin şəkillərini cırıb.

Paytaxt Dəməşqdən tutmuş Əsəd ailəsinin məmləkəti Latakiyaya, Hələb və Həmadan tutmuş bir çox şəhərlərə qədər rejimin bütün simvolları sökülür.

Xalq Bəşər Əsədin harada olduğu hələlik məlum olmayan paytaxtdakı sarayına basqın edərkən, ölkənin bir çox yerində bayram tədbirləri davam edir.

Bu arada beynəlxalq mətbuatda Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlı müxtəlif iddialar səsləndirilərkən, onun Rusiya və ya bəzi Yaxın Şərq ölkələrinə getmiş ola biləcəyi ilə bağlı təsdiqlənməmiş məlumatlar paylaşılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Dekabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri