Suriyada gərginlik: İraq sərhəddə tədbirləri artırır
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İraq Suriyada gərginliyin artması fonunda bu ölkə ilə sərhəddə təhlükəsizliyi gücləndirir.
Axar.az xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi ölkə mediasına açıqlamasında bildirib.
“Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, - komandan deyib.
Qeyd edək ki, Suriyada “Təhrir əş-Şam” silahlıları Hələb şəhərini ələ keçirib. Suriya rejimi ordusu şəhərdən geri çəkildiyini açıqlayıb.

Suriyada gərginlik: İraq sərhəddə tədbirləri artırır
30 Noyabr 2024 16:55
İraq və Suriyada 4 terrorçu zərərsizləşdirilib
24 Dekabr 2024 14:08
İraq və Suriyada 13 terrorçu zərərsizləşdirildi
31 Yanvar 2025 14:44
Suriyada gərginlik davam edir
11 Mart 2025 09:18
Türkiyə hərbçiləri İraq və Suriyada terrorçuları zərərsizləşdirdi
18 Yanvar 2025 12:22

