Icma.az
close
up
RU
Suriyada gərginlik davam edir

Suriyada gərginlik davam edir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Günahkarları aşkar və mühakimə etmək üçün fövqəladə komitə yaradılıb

Son günlər Suriyada vəziyyət yenidən gərginləşib. Latakiya, Tartus və Homs əyalətlərində yeni hökumətə bağlı təhlükəsizlik qüvvələri ilə tarixə qovuşmuş Əsəd rejiminin tərəfdarları arasında silahlı toqquşmalar yaşanır. Hazırki hakimiyyət Latakiya və Tartus üzərində nəzarəti tam şəkildə bərqərar etsə də, bölgədə qarşı tərəfin hücumları davam edir. Toqquşmalarda hər iki tərəfdən 1000-ə yaxın itkilərin olduğu iddia edilir. Ölkənin müvəqqəti prezidenti Əhməd Əl-Şəraa üsyançıları silahı yerə qoymağa və təslim olmağa çağırıb.

Üsyan necə baş verib?

2024-cü ilin noyabr-dekabrında müxalif “Heyət Təhrir əş-Şam” -ın Dəməşq daxil olmaqla Suriyanın bir çox şəhərlərini nəzarətə götürdükdən sonra ölkəyə 61 il rəhbərlik edən Əsəd rejimi sona çatdı və rejimin rəhbəri Bəşər Əsəd ailəsi ilə birlikdə ölkəni tərk edərək Rusiyaya sığındı. Vaxtilə Əsəd rejiminə xidmət edən hərbçilər və silahlı qruplaşmalar isə ələvilərin çoxluq təşkil etdiyi Latakiya və Tartusa çəkildi. Son günlərdə köhnə rejimin qalıqlarının hər iki bölgədə yeni hakimiyyətə qarşı üsyana qalxacağı ilə bağlı ehtimallar günü-gündən artırdı.  Türkiyənin “Hürriyət” qəzetinin məlumatına görə, üsyandan bir neçə gün öncə keçmiş Əsəd rejiminin generallarından biri olan Qiyas Süleyman Dallanın rəhbərliyi ilə “Suriyanın Azadlığı naminə Hərbi Şura”-nın əsası qoyulub. Məhz bundan sonra -  martın 6-da Latakiyanın Cəbliyə bölgəsində üsyançı qruplar yeni Suriya hakimiyyətinin təhlükəsizlik qüvvələrinə hücum ediblər. Hücum nəticəsində 15 suriyalı hərbçi həlak olub. Əsədi yenidən hakimiyyətə qaytarmaqda iddialı olan Dalla Suriya hakimiyyətinin qüvvələrinin Latakiya və Tartus bölgələrindən dərhal geri çəkilməsini tələb edib. Üsyançı general hökumət başçısı Əl-Şəraa ilə dialoqa hazır olduğunu da bəyan edib.  

Üsyana xarici qüvvələr dəstək verib?

Səsləndirilən bəzi iddialara görə, Əsədin tərəfdarları hazırki Dəməşq hakimiyyətini devirmək üçün “Hizbullah” və SEPAH-a bağlı proksi qüvvələrin, o cümlədən PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG  silahlı qruplaşmaların dəstəyi ilə üsyana başlayıblar. Lakin “Hizbullah”ın rəhbərliyi bu iddiaları təkzib edib. PYD və Tehran bu iddialara hələ münasibət bildirməyib. 

Əl-Şəraa hakimiyyəti antiterror əməliyyatlarını davam etdirir

Türkiyənin “Milliyət” qəzetinin məlumatında qeyd olunur ki, martın 6-dakı hücumdan sonra Suriya hakimiyyəti Latakiya və Tartusda silahlı üsyanın qarşısını almaq və təhlükəsizliyi bərqərar etmək üçün hər iki əraziyə tanklar, zirehli transportyorlar və çoxsaylı reaktiv yaylım atəşi sistemləri kimi ağır silahlar daxil olmaqla yüzlərlə maşından ibarət silahlı qüvvələr göndərib. Həm Latakiya, həm də Tartusda genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirilib.  Bununla yanaşı, Suriya müdafiə nazirliyinin tabeliyində hərbi və təhlükəsizlik əməliyyatları zamanı mümkün pozuntuları araşdırmaq və günahkarları mühakimə etmək üçün fövqəladə komitə yaradılıb.

Latakiya və Tartusda gecə saatlarında başlayan komendant saatı uzadılıb. Suriyanın “SANA” dövlət agentliyinin məlumatına görə, Suriya hakimiyyətinin antiterror əməliyyatları nəticəsində bir çox üsyançı zərərsizləşdirilib, bir çoxları isə silahlarını yerə buraxaraq ərazidən qaçıb. Suriya müdafiə nazirliyinin mətbuat katibi Həsən Əbdül Qani Latakiya və Tartusda silahlı üsyana qalxmış keçmiş rejimin qalıqlarını ələ keçirmək üçün əməliyyatın daha da genişlənəcəyini bildirib. Suriyanın Baş Kəşfiyyat İdarəsinin başçısı Ener Hattap “X” sosial hesabında bəyan edib ki,  yeni hakimiyyət Suriya xalqının təhlükəsizliyini təmin etmək və ölkədə vəziyyəti tam sabitləşdirməkdə qərarlıdır - eyni zamanda, o, üsyançıların silahı yerə qoyub təslim olmaqdan başqa çarəsinin olmadığını da qeyd edib.  

Suriyanın rəhbəri Əhməd Əl-Şəraa da üsyançıları təslim olmağa çağırıb - o, Suriya xalqının birliyinin qorunmasının vacibliyini vurğulayıb: “Biz sizin dağıtdığınız bu ölkəni yenidən qurmaq istəyən xalqıq və heç kimin qanını tökmək fikrimiz yoxdur. Çox gec olmadan silahlarınızı yerə qoyun,” - deyə Əl-Şəraa vurğulayıb.

Üsyançılar rus bazasına sığınıb

Suriya İnsan Hüquqları Müşahidə Qrupunun məlumatına görə, yüzlərcə üsyançı və onların ailələri Rusiyanın Latakiyadakı Hmeymim aviabazasına sığınıb. Bazada ailələrin sayısı artmaqdadır. Onların Rusiyaya aparılacağı iddia olunur.

Türkiyə, İran və Rusiyadan reaksiya

Baş verənlərdən narahat olduğunu bildirən Rusiya XİN rəhbərliyi Suriyada keçid dövründə etnik və dini mənşəyindən asılı olmayaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə və milli birliyin qorunmasına çağırıb. Tehran isə Suriyada bütün etnik və dini qrupların dinc yaşamasının zəruriliyini vurğulayıb. 

Türkiyə Suriyada xalqın sülh və rifah içərisində yaşamaq hüququnu hədəfə alan hər cür hərəkətə qarşı olduğunu, hazırki hadisələrin Suriyanın və regionun təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib. Hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik Adana şəhərində təşkil olunan mətbuat konfransında Suriyanın ərazi bütövlüyünə və suverenliyinə qarşı edilən hücumların qəbuledilməz olduğunu bildirib: “Biz Latakiyada Suriyanın təhlükəsizlik qüvvələrinə qarşı son hücumu Suriyada sülh, sabitlik və təhlükəsizliyə qarşı edilən terror hücumu kimi qiymətləndiririk. Biz Suriyanın milli birliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Mart 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri