Suriyada İŞİD üzvlərinin ailələrinin saxlandığı düşərgə boşaldılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Qahirə, 22 fevral, AZƏRTAC
Suriya fevralın 22-də ölkənin ən böyük qapalı əl-Haul düşərgəsinin bağlandığını elan edib. Düşərgədə İŞİD terror təşkilatı üzvlərinin ailələri məskunlaşmışdı.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə düşərgənin direktoru Fadi əl-Qasim məlumat verib.
Əl-Qasim bildirib ki, düşərgə bazar günü tamamilə bağlanıb, bütün suriyalı və başqa ölkələrin vətəndaşı olan ailələr köçürülüb. Hökumət bu ailələr üçün inkişaf və cəmiyyətə reinteqrasiya planları hazırlayıb. Qadın və uşaqların inteqrasiyası üçün dəstəyə ehtiyac vardır.
Düşərgədə fəaliyyət göstərmiş beynəlxalq humanitar təşkilatlardan bildirilib ki, bütün işçi qruplar təxliyə olunub, avadanlıqlar və modul tipli otaqlar sökülərək düşərgədən çıxarılıb.
Düşərgədə təxminən 24 min nəfər yaşayırdı. Bunlardan 15 min nəfəri suriyalı, təxminən 6 300-ü isə 42 ölkədən gəlmiş qadın və uşaqlar idilər. Əksər ölkələr vətəndaşlarını qəbul etməyə hazır olmasa da, son həftələrdə düşərgədə sakinlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 22 Fevral 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















