Türkiyə: Suriyada İŞİD üzvlərinin azad edilməsi ilə bağlı iddialar dezinformasiyadır
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Suriyada baş verən proseslər zamanı Türkiyənin dəstəyi ilə Suriya ordusu tərəfindən İŞİD üzvlərinin azadlığa buraxılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır.”
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi açıqlama yayıb.
Açıqlamada vurğulanıb ki, İŞİD-a qarşı bölgədə ən güclü mübarizə aparan və təşkilata indiyədək ən ağır zərbə vuran ölkə məhz Türkiyədir. Yayılan məlumatların həqiqəti əks etdirmədiyi isə xüsusi qeyd olunub.
“İctimaiyyətin, eləcə də əsrlərdir eyni coğrafiyanı və bir çox ortaq dəyərləri paylaşdığımız dost, qardaş və qonşularımızın bu cür əsassız iddialara etibar etməməsi xüsusilə xahiş olunur”, - açıqlamada deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 19 Yanvar 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















