Icma.az
close
up
RU
Suriyada keçid hakimiyyəti hərbi təzyiq altında: Əhməd Şaraa dəstək axtarır...

Suriyada keçid hakimiyyəti hərbi təzyiq altında: Əhməd Şaraa dəstək axtarır...

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu həftə Suriya üçün olduqca gərgin hadisələrlə yadda qaldı. Gələn son məlumatlara görə,  Suriya ordusu Şimal və Şərqi Suriyada YPG terror qruplaşmasının tutduğu şəhərlərə məhdud zərbələr planlaşdırır. 

Hərbi əməliyyatın əsas məqsədi qarşı tərəfi dayandırılmış danışıqlara geri gətirməkdir. Analitiklər bildirir ki, bu addım regiondakı gərginliyi artırsa da, Suriya hökumətinin danışıqları canlandırmaq cəhdi kimi qiymətləndirilir. 

Diqqət çəkən xəbərlərdən biri də Suriya prezidenti Əhməd Əl-Şaraanın Almaniyaya səfərə hazırlamasıdır. Almaniya hökumətindən verilən məlumata görə,  Suriya prezidenti gələn həftənin çərşənbə axşamı  baş tutacaq səfərdə Almaniya kansleri Fridrix Merz ilə Kanslerlikdə görüşəcək və birgə mətbuat konfransında çıxış edəcək. 

Yayılan bu xəbərlər fonunda Əhməd Şaranın sui-qəsdə məruz qalması ilə bağlı məlumatları yenidən gözdən keçirməyə ehtiyac var. Belə ki, ötən həftə Əhməd Əl-Şaraanın sui-qəsdə məruz qalması ilə bağlı iddialar yayıldı. Onun ağır yaralandığı və Türkiyədə xəstəxanaya yerləşdirildiyi bildirildi. Bu iddiaların güclənməsinə təsir edən digər amil israilli jurnalist Edi Kohenin sosial şəbəkədə Şaraa olduğu ehtimal edilən şəxsin xəstəxanadakı fotosunun paylaşılması oldu. Lakin həmin şəxsin Şaraa olmadığını deyənlər də var. Həmçinin Şaraanın 6 gündür ictimaiyyət arasında görünməməsi də sui-qəsd iddialarını bir daha gündəmə gətirdi. İddialara görə, təxminən 12 dəqiqə davam edən atışmada Şara sinəsindən mərmi ilə yaralanıb və üzündə göyərmələr əmələ gəlib. Son dövrlərdə radikal cihadçı qruplar Şaraanı “keçmiş prinsiplərini tərk etmək” və “Qərbin siyasətinə yaxınlaşmaq”  ittihamları ilə hədəf alıb.

Həmçinin dünən Suriya Demokratik Qüvvələri (SDQ) Hələbdə PUA-larla Suriya ordusuna zərbələr endirib. Suriya hərbçiləri isə cavab atəşi açıblar. SDQ-nin hücumu 3 nəfərin (bir hərbçi, iki mülki şəxs) ölümü və 15 nəfərin (ikisi uşaqdır) yaralanması ilə nəticələnib.

Qeyd edək ki, Suriyada keçid hökuməti qurulandan sonra ölkədə nisbi sakitlik əldə olunub. Keçid dövrü prezidenti Əhməd Əl-Şaraa ilə diqqətini daha çox xarici əlaqələrin qurulmasına yönəldib. Doğrudur, Suriyada hələ də xeyli həll edilməmiş problemlər var. Lakin insanlar Əsəd rejiminə nisbətən özlərini daha azad və sərbəst hiss edirlər.

Yaxın Şərqdə, xüsusilə də Suriyada baş verənlər dünyada güc savaşının yeni mərhələdə davam etməsinin bariz nümunəsidir. Suriyanın keçmiş prezidenti Bəşər Əsədin zamanında ölkə faktiki olaraq, bir neçə güc mərkəzinin nəzarətində idi, parçalanmış bir vəziyyətdə idarə olunurdu. Əsəd Dəməşq və ətraf ərazilər olmaqla sadəcə müəyyən bir bölgəyə rəhbərlik edirdi.

Məlum olduğu kimi, Əsəd rejimini daha çox Rusiya və İran himayə edirdi.  Rusiya Əsədi  himayə etməkdən imtina etdi və nəticədə Suriyadakı qruplaşmalardan biri olan “Təhrir ət Şam” hakimiyyəti ələ keçirdi. Qruplaşmanın rəhbəri isə “Colani” ləqəbli Əhməd Əl-Şaraa idi. O, hakimiyyətə gələndən sonra özünü Suriyanın müvəqqəti prezidenti elan etdi və növbəti prezident seçkilərinin yalnız 5 ildən sonra keçiriləcəyini bildirdi. Bəşər Əsəd özü və yaxın ətrafı ilə Rusiyaya qaçdı. Hazırda Rusiyada yaşayan Əsəd heç bir  siyasi prosesə qoşulmur, yenidən Suriya prezidenti olmağa aid niyyətinin olduğuna eyham belə vurmur.

Əsəd rejimi Suriyada bir çox dəhşətli cinayətlər törədib. Yayılan kadrlarda həbsxanada işgəncə nəticəsində insanların öz ağıllarını itirməsi görüntüləri dünyanı dəhşətə gətirdi. Əsədin yaxın qohumlarından birinin aslanlar saxladığı, müxalif düşüncəli şəxsləri tutaraq, aslanlara parçalatdığı da iddialar arasındadır. Keçmiş prezident Rusiyaya qaçarkən onun bəzi qohumları ölkəni tərk edə bilməmişdi. Əsədin əmisi oğlu xalq tərəfindən tutulmuş və edam olunmuşdu.

Suriyadakı hazırki rejimin rəsmilərindən biri Rusiyanın niyə Əsədi dəstəkləməkdən vaz keçdiyinin səbəbini açıqlayıb. O bildirib ki, yeni rejim hələ hakimiyyətə gəlməmişdən qabaq Rusiyaya onların maraqlarına zidd olan heç bir olay yaşanmayacağına, Suriyada olan Rusiyaya məxsus obyektlərin olduğu kimi qalacağına zəmanət verib. Məhz bundan sonra Rusiya prezidenti Vladimir Putin yeni rejimin hakimiyyətə gəlməsinə mane olmayıb.

Suriyanın hazırki hakimiyyətinin ABŞ-la əlaqələri də diqqət çəkir. Ötən ilin 10 noyabr tarixində 2025-ci ildə Əhməd Əl-Şaraa Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb. Görüşdən sonra Şaraa bildirib ki, Suriya artıq ABŞ-ın müttəfiqidir. Bu da Suriyadakı proseslərdə ABŞ-ın “əli” olduğunu açıq şəkildə göstərir. Türkiyə də Suriya ilə bağlı proseslərdə Əhməd Əl-Şaraanı dəstəkləyib. Prezident Rəcəb Tayyib Ərdoğan Suriya xalqı və hökuməti ilə həmrəy olduğunu bəyan edib,  Suriyanın Əl-Şaraa kimi güclü liderin rəhbərlyi altında çətinliklərin də öhdəsindən gələcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan da 13 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.

Malik Liftiyev

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Yanvar 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri