Suriyada sabitlik möhkəmləndikcə bunun qazananı qonşu ölkələr olacaq
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün qəzzalı məzlumlar üçün səsimizi yüksəltdiyimiz kimi, 13 il də bu kürsüdən suriyalıların fəryadlarına diqqət çəkdik.
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.
“Bir milyon insanın həyatına, milyonlarla insanın vətənini tərk etməsinə səbəb olan zülm 8 dekabr çevrilişi ilə tarixə qarışdı. Suriyalı qardaşlarımız o tarixdən etibarən yeni dönəmin qapılarını açdılar. Əminəm ki, əliqanlı rejimə qarşı mübarizə aparan Suriya xalqı böyük bədəllər ödəyərək əldə etdikləri zəfəri məntiqi sonluğa çatdıracaq. IŞID başda olmaqla, terrorun heç bir növünün olmadığı, təhlükəsizliyin təsis edildiyi bütöv Suriya baxışını bütün imkanlarımızla dəstəkləyəcəyik. Suriyada sabitlik möhkəmləndikcə bunun qazananı Suriya ilə birgə bütün qonşu ölkələr və bölgəmiz olacaq”, - deyə Ərdoğan əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Sentyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















