Icma.az
close
up
RU
Suriyada təhlükəli durum: hansı ölkələr üz üzə gələcək?

Suriyada təhlükəli durum: hansı ölkələr üz üzə gələcək?

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyada vəziyyət gözlənildiyi kimi gərgin olaraq qalır. Regionda marağı olan qlobal güclər iğtişaşlar yaratmağa və müvəqqəti hökumətə təzyiq etməyə çalışırlar.

Bu yaxınlarda ABŞ və Böyük Britaniyanın Suriyadakı vətəndaşlarına təcili olaraq Suriyanı tərk etməklə bağlı çağırışı da bu ölkədə riskli vəziyətin davam etdiyini deməyə əsas verir.

Suriyanı hansı qüvvələr qarışdırmaq istəyir, müvəqqəti hökumət devrilə bilərmi?

“Xalq Cəbhəsi” məsələni mütəxəssislərlə araşdırıb.

Millət vəkili Aydın Mirzəzadə Suriyadakı vəziyyətin artıq düzəlməyə doğru getdiyini və müvəqqəti hökumətin vətəndaş müharibəsinin dayanmasına, silahlı qüvvələrin artıq vahid nizami ordunun tərkibinə qoşulmasına nail olduğunu söyləyib: “Bütün bunlar ona görə baş verdi ki, ölkə daxilində sabitliyin yaranmasında Türkiyə faktoru böyük rol oynadı. Türkiyəni Suriya məsələlərindən kənarda qoymuşdular və bu, uzun müddət Suriyada böyük faciələr yaranmasına səbəb oldu. Bu baxımdan Suriyadakı müvəqqəti hökumətin ölkəyə nəzarət etdiyini və problemləri həll etmək iqtidarında olduğunu düşünürəm. Düzdür, keçmiş Prezident Bəşər Əsədin tərəfdarları olan xırda qruplar bu və ya digər tərəfdə silahlı qarşıdurma yaradırlar. Amma müvəqqəti hökumət bunun öhdəsindən gələcək. Müvəqqəti hökumət ölkənin bütün regionlarından və bütün əsas siyasi qüvvələrindən ibarət nümayəndələrindən təşkil olunub”.

Deputat əlavə edib ki, müəyyən ölkələrin öz vətəndaşlarını Suriya ərazisini tərk etməyə çağırışı isə onları mümkün olan hansısa bir təhlükədən qorunmaq məqsədi daşıyır: “Hər halda dünyanın bir qaynar nöqtəsində stabilliyin yaranması ümumən sülhün hər yerdə bərqərar olunmasına olan ümidi bir daha doğruldur”.

“Görünür, ABŞ-nin və Böyük Britaniyanın özünəməxsus bir planı var”

Politoloq Samir Hümbətov bildirib ki, ABŞ və Böyük Britaniya Suriyadakı vətəndaşlarını Suriyanı təcili olaraq tərk etməklə bağlı açıqlama verirsə, bunun arxasında bir məsələ dayanır: “Daha dəqiq desək, vəziyyətin qarışıq olduğu bir prosesin öncəsində verilən bir açıqlama olur. Məncə, Suriyada indiki Şara hökumətinə qarşı müəyyən bir narazılıqlar var, amma bunun daxili narazılıq kimi dəyərləndirilməsi çox da real görünmür”.

Politoloq əlavə edib ki, nə Rusiya, nə də İran Şara hökumətinin varlığını qəbul etmək istəmir: “Eyni zamanda, məlum məsələdir ki, ABŞ-nin dəstək verdiyi YPG/PYD qüvvələri orada Suriya ordusuna qarışmaqla bağlı hər nə qədər müqavilə imzalasalar da, amma bir o qədər rahatlıqla bunu etmək istəmirlər. İsrail ilə sərhəddə isə dürzilərin hökumətə qarşı bir narazılığı var. Hətta nə qədər Şara hökuməti yeni kabinetdə dürzilərə, kürdlərə və digərlərinə yer versə də, amma görünən odur ki, bir narazılıq və narahatlıq var. Məncə, süni şəkildə Əsəd qüvvələrindən də hələki qalanlar var. Həmçinin daha qatı şiə qrupları da orada ciddi narazılıq və narahatlıq yaradır. Düşünürəm ki, bu kimi gərginliklər ola bilər. Ya da görünür ki, ABŞ-nin və Böyük Britaniyanın özünəməxsus bir planı var. Onun üzərindən də gedə bilərlər”.

“Suriyada suların durulacağını demək çətin məsələdir”

S.Hümbətov həmçinin qeyd edib ki, ancaq hər vəziyyətdə Suriyada uzun müddət hələ suların durulacağını demək bir az çətin məsələdir: “Yəni adından da göründüyü kimi bu, müvəqqəti hökumətdir. Orada uzun müddət konstitusiya islahatları keçirilməli, yeni strukturlar formalaşdırılmalı, Suriyanın neft gəlirləri formalaşıb büdcəyə gəlməli, daxildə hələ də qalmış silahlı qruplaşmalar tərk-silah edilib Suriya qoşunlarına birləşdirilməlidir və s. Bunlar olandan sonra o məsələ də həll oluna bilər. Amma hələki o da həll olunmur. Görünür ki, bu proses bir müddət davam edəcək. ABŞ və Böyük Britaniyanın da öz vətəndaşlarına xəbər etməsinin arxasında bu məsələnin dayandığını düşünürəm”.

“Əsas gərginliyi daha çox Türkiyə İsrail münasibətlərində görürük”

Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov Suriyada Bəşər Əsəd rejimi devrilsə və Türkiyənin liderliyi altında yeni hökumət qurulsa da, ölkə üzrə həssaslığın qalmaqda olduğunu bildirirərək əlavə edib ki, həssaslıq əsasən Suriyanın yeni geosiyasi kontekstdə nüfuz dairələrinə bölünməsi və o bölünmədən əldə ediləcək nəticələrlə əlaqəli şəkildə inkişaf edir: “Bir tərəfdən Türkiyənin PKK-ya qarşı qətiyyətli, prinsipial mövqeyinin davam etməsi və Suriyada da PKK-nın mövqelərinin getdikcə zəifləməsi, digər tərəfdən isə Türkiyənin Suriya üzrə İsrail, ABŞ, Rusiya ilə gərgin münasibətlərinin müşahidə olunması problemləri daha da genişləndirməkdədir”.

Təhlilçi qeyd edib ki, eyni zamanda, Türkiyənin qarşısında duran əsas rəqiblərdən biri İrandır: “Hərçənd ki, İran Suriyanın geosiyasi bölünmə zonasında iştirakdan əhəmiyyətli dərəcədə məhrum olub. Gərginliklərə baxmayaraq Türkiyənin həm ABŞ, həm Rusiya, həm də İsrail ilə müəyyən nöqtələrdə razılığa gələ biləcəyi məqamlar mövcuddur. Bununla belə biz əsas gərginliyi daha çox Türkiyə İsrail münasibətlərində görürük. Bu məsələdə insayder məlumatlar olmadığına görə biz gərginliyi informasiya məkanları üzərindən təhlil edə bilərik. Görünür ki, Türkiyə ilə İsrail uzlaşmağa meyilli olsalar da, problemli məsələlər və mübahisəli nöqtələr bu anlaşma metodunu bir qədər maneələrlə üzləşdirir. Ona görə də biz Suriyada Türkiyə İsrail münasibətləri kontekstində baş verə biləcək hadisələrə daha çox diqqət yetirməliyik”.

“Ssenariləşdirilən hadisələrin baş tutma ehtimaları çoxdur”

A.Kərimovun sözlərinə görə, ABŞ isə öz kartını bir qədər Türkiyə xeyrinə dəyişdirməkdə maraqlı görünməkdədir: “Hərçənd ki, ABŞ-nin Türkiyəyə qarşı oynadığı PKK kartı hələ də Vaşinqtonun əlində əhəmiyyətli rıçaq olaraq qalmaqdadır. Bununla belə biz görürük ki, Türkiyənin Yaxın Şərqdə böyük nüfuzu regionun dizaynı baxımından önəm daşıdığından bütün tərəflər Ankara ilə uzlaşma mövqeyi axtarırlar. Lakin Suriyada vəziyyətin hansı kontekstdə inkişaf edəcəyi Suriyanın daxilində olan qruplaşmaların hansı silahlı hərəkət edəcəyindən daha çox asılı olaraq qalmaqdadır”.

Ekspertin bildirdiyinə görə, digər məsələ ondan ibarətdir ki, Suriyada İŞİD kartı da zaman-zaman gündəmə gəlir və Suriya səhralarında İŞİD-in aktivliyi müşahidə olunur: "Suriya hökuməti də həmin ərazilərdə nəzarəti bərpa edə bilməyib. Bu, qarışıq və mürəkkəb bir kontekst olduğundan biz burada həm anlaşma və sövdələşmə meyarlarına, bununla paralel olaraq rəqabət kriteriyalarına diqqət yetirməliyik. Yəni Suriyada ola biləcək hadisələr, ssenariləşdirilən hadisələrin baş tutma ehtimaları çoxdur. Vəziyyət yenidən gərginləşə də bilər, dini zəmində İranın liderliyi altında yeni məzhəb qarşıdurmaları yaradıla bilər ki, artıq bunun müəyyən əlamətləri görünməkdədir. Amma İranın yenidən əvvəlki nüfuzunu qaytara biləcəyi kifayət qədər şübhəlidir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Aprel 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri