Icma.az
close
up
RU
Suriyada şəffaf seçkilərin keçirilməs asan olmayacaq RƏY

Suriyada şəffaf seçkilərin keçirilməs asan olmayacaq RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bazar günü Suriyada Bəşər Əsədin devrilməsindən sonra ölkədə ilk dəfə parlament seçkiləri keçiriləcək.

Bu barədə “Associated Press“ məlumat yayıb.

Məlumatda deyilir ki, Əsəd ailəsinin 50 illik hakimiyyəti dövründə Suriyada müntəzəm olaraq seçkilər keçirilsə də, “Bəəs” Partiyası daim parlamentə nəzarət edirdi və bu seçkilər beynəlxalq ictimaiyyət tərəfindən saxta və formal xarakterli kimi qiymətləndirilirdi.

Xarici seçki təhlilçilərinin fikrincə, əvvəlki dövrlərdə yeganə real rəqabət “Bəəs” Partiyasının daxilində, namizədlərin seçki siyahısına düşmək uğrunda apardıqları mübarizə zamanı yaşanırdı.

Bildirilir ki, bu bazar keçiriləcək seçkilər də tam demokratik olmayacaq. Yeni qaydalara əsasən, xalqın birbaşa səs verdiyi seçkilərlə yanaşı, parlamentdəki yerlərin böyük hissəsi regionlarda yaradılmış seçki kollegiyaları vasitəsilə, təxminən üçdə biri isə keçid dövrünün prezidenti Əhməd əl-Şəraa tərəfindən birbaşa təyin olunacaq.

Bu da o deməkdir ki, Suriya üçün yeni siyasi mərhələnin başlanğıcı kimi təqdim olunan seçkilər tam azad və ədalətli seçkilərdən hələ uzaqdır.


Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Suriyada hakimiyyətini yeni bərqərar etmiş Əhməd əl-Şaraa və komandası həm dövlətə qarşı tətbiq olunan beynəlxalq sanksiyaların yumşaldılması, həm də ölkənin qlobal dünyaya inteqrasiyası üçün bir sıra islahatlar həyata keçirməlidir:


"Bu islahatların ən başlıcası demokratik mühitin formalaşdırılması və demokratik seçkilər dayanır. Bu artıq istək məsələsi deyil. Əgər Əhməd Əl-Şaraa səmimi deyilsə, bu, məcburiyyətə çevriləcək. Hökumət xalqın ona inamını, həmçinin üzərinə düşən zərurətin fərqinə vardığını görəcək və müəyyən məcburiyyət altında da olsa demokratik seçkilər keçirməyə məcbur olacaq. Lakin nəzərə almaq lazımdır ki, yarım əsrdən çoxdur Suriyada elə bir kirli mühit formalaşmışdı ki, nə demokratiyanın, nə də şəffaf seçki prosesinin əlaməti var idi. Hazırkı mərhələdə Suriyada şəffaf seçkilərin keçirilməsini təşkil etmək istəsələr də, asan olmayacaq: birincisi, bunun üçün təcrübə yoxdur; ikincisi, Suriyada hələ də qeyri-sabit qruplar var və onların nə istədiyi, seçki prosesini pozub-pozmaması məlum deyil. Ancaq ən azından Əsəd rejimi ilə müqayisədə, bu dəfə seçkilərin daha şəffaf bir mühitdə təşkil olunmasına çalışılacaq. Səslər də böyük ölçüdə şəffaflıqla ifadə ediləcək. Əsəd rejimi ölkədə elə bir mühit yaratmışdı ki, müxtəlif irqlərə və dinlərə mənsub olanlar biri-birinə qarşı həmişə düşmən olmalıydılar. Hətta həmin rejim vasitəsilə bəzi qruplar üstünlük qazanmış, digər xalqları və fərqlilikləri mənən sıxışdırmışdılar. İndi bu qruplar demokratik mühitdən narazı olacaq, çünki belə mühitdə hamı bərabər sayılır. Əsəd rejimində isə onlar hegemon idilər və ölkənin əsas zümrəsi hesab olunurdular".


Analitik əlavə edib ki, bütün bu çətinliklərə baxmayaraq, Əhməd Əl-Şaraa öz qarşısına məqsəd qoyub ölkəsinin bərpasına çalışacaq və zamanla demokratik mühitin formalaşdırılmasının zərurətini dərk edəcək:

"Zaman keçdikcə, mərhələli şəkildə bu addımların həyata keçirildiyinə şahidlik edəcəyik. Əlbəttə, ilkin mərhələdə çətinliklər və uğursuzluqlar olacaq, amma davamlılıq təmin edilərsə, bir müddət sonra müəyyən nailiyyətlər əldə edilmək mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri