Icma.az
close
up
RU
Suriyada nə baş verir? RƏY

Suriyada nə baş verir? RƏY

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir çox mənbələr, eləcə də ekspertlər bildirirlər ki, Suriyadakı bu gərginlik gözlənilmız halda baş verib. Çünki, Astana formatında Rusiya, İran və Türkiyənin danışıqları qüvvəsində qalır. Ancaq qismən danışıqlar pozulub. Burada faktiki olaraq, müxtəlif tərəfləri təmsil edən ekspertlər bildirirlər ki, Suriya ordusunda, xüsusilə də Bəşər Əsədin özündə çox lazımsız arxayınlıq artıq özünü göstərməyə başlayıb. Digər tərəfdən bildirilir ki, Suriya ordusunun öz briqadaları əldə olunmuş razılığı pozaraq, silah-sursatdan istifadə ediblər.

Suriyanın milli ordusu deyilən qüvvələr genişmiqyaslı hücuma keçiblər. Təbii ki, burada rəsmi Dəməşqin iki etibarlı tərəfdaşı var: biri Moskva, digəri isə Tehrandır. Hər ikisi ilə artıq əlaqələr bərpa olub və təsadüfi deyil ki, Bəşər Əsəd dərhal Moskvaya səfər etdi, bundan sonra isə İranın xarici işlər naziri Abbas Araqçı Dəməşqə gəldi.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edir ki, burada bir ssenari oynanılır. Çünki, Türkiyənin özü də ikibaşlı yanaşmanı nümayiş etdirir. İran tərəfi bildirir ki, heç vaxt terrora rəvac verməyəcəklər ki, onlar öz yerlərini bərkitsinlər. Moskva isə öz növbəsində bildirir ki, “biz terrorla heç bir danışığa gedə bilmərik, onların cavabı ancaq gücdür, biz gücümüzü göstərməliyik”.

T.Abbasov hesab edir ki, bu imtahandan da Bəşər Əsəd və onun ordusu, silahlı dəstələri, tərəfdarları çıxacaqlar. Ancaq bundan sonra nə olacaq?

"Hələbi və Alepponu azad etməkdən ötrü genişmiqyaslı qüvvələri cəlb etmək lazımdır. Bildirilir ki, Bəşər Əsədin Aleppo ilə heç bir narahatçılığı yoxdur. Belə ki, Bəşər Əsəd qeyd edib ki, “Qoy orada özlərini terrorçu kimi qələmə verən qüvvələr özünü təsdiqləsin və oranı etibarlı şəkildə saxlasın”. Belə olduğu halda, isə ABŞ-ın Aleppoya girə bilməyəcəyi barədə ehtimal irəli sürülür.

Bəşər Əsəd və onun qüvvələri Suriyanın 60%-ni hələki nəzarətdə saxlaya biliblər. Ancaq yerdə qalan 40% isə özünəməxsus bir dilemmadır. Çünki, bu, yəqin ki belə qalmayacaq. Bir halda ki, faktiki ikihamiyyətlilik mövcuddur, o zaman ikinci tərəf, yəni 40%-də olanlar öz mövqelərini bərkitməyə çalışacaqlar",

Ekspert bildirir ki, bunlar Yaxın Şərq probleminin dərinliyini bir qədər də ciddiləşdirir. Digər tərəfdən, əgər koordinal həll yolları tapılmırsa, o zaman köz formasında qalan məqam hər zaman necə ki, indi baş verdi, bundan sonra da hər zaman alovlana bilər.

"Bildiyimiz kimi, burada maraqlı olan qüvvələr, ölkələr var - İsrail, Qərbin maraqlarından çıxış edən Ərəb ölkələri var və onların hamısının istəkləri ondan ibarətdir ki, sabitlik, sakitlik hələ çökməsin. Çünki, gündəmdə olan böyük Yaxın Şərq müharibəsidir. Yaxın Şərq müharibəsinin planı isə çoxdan hazırdır. Maksimal dərəcədə dövlətlər prosesə qoşulsalar, mübarizə qızğın olacaq və bir o qədər də böyük qüvvələr öz oyunlarını maraqları ilə genişləndirib, birləşdirməyə cəhd göstərəcəklər. Adətən belə olan halda, Amerikanın adı çəkilir. Ancaq burada daha çox İngiltərə maraqlıdır. İngiltərənin Yaxın Şərqdə hər zaman geniş imkanları, güclü casus şəbəkəsi olub və bir halda ki, belə proseslər baş verir, ilk növbədə yerlərdə fəaliyyət göstərən, yerlərdən bilavasitə xəbər verən casuslar demək olar ki, koordinatı olduğu kimi bərpa etməyə imkanlar yaradırlar".

T.Abbasov kəşfiyyat orqanlarında məlumat qıtlığının olmamasını, xüsusilə də, İngiltərə, Rusiya, İran, Türkiyə kimi dövlətlərin orada təmsilçiləri, müxtəlif çətirlər altında birləşdirilmiş etibarlı mənbələri olduğunu qeyd edib. 

“Düşünürəm ki, İsraillə Hizbullah arasında bağlanmış iki aylıq saziş var. Bunun fonunda da bu hadisələr bir növ diqqəti özünə çəkir. Çünki sabitliyi təsbit etmək, onu möhkəmləndirmək alınmır. İsraillə Hizbullah arasında iki aylıq sazişin müddəti yanvar ayının 20-də bitir. Yanvarın 20-də isə Donald Tramp hakimiyyətə gəlir. Artıq o qərarvermə iqtidarını bərpa edəcək.

Mənə elə gəlir ki, burada məqsədlərdən biri ondan ibarətdir ki, Amerika üçün burada böyük problemlər yaratsınlar. Çünki Donald Trampın özünün istəyi ondan ibarətdir ki, Amerikanın gündəliyinə köklənsin, ancaq kənar qüvvələr, o cümlədən də Britaniya Trampa yeni problemli vəziyyətləri yaratmağa çalışacaqlar. Beləliklə də, Tramp Amerika gündəliyindən uzaqlaşaraq dünya birliyində olan məsələlərə baş qoşmuş olacaq”, - deyə politoloq vurğulayıb.

Aminə Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 02 Dekabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri