Icma.az
close
up
RU
Suriyada təhlükəsizliyin qısa müddətdə təmin olunması ölkədə xaos riskini aradan qaldıracaq RƏY

Suriyada təhlükəsizliyin qısa müddətdə təmin olunması ölkədə xaos riskini aradan qaldıracaq RƏY

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Türkiyə yeni Suriyanın müttəfiqi olaraq ərəb dünyası ilə münasibətləri ciddi şəkildə inkişaf etdirə bilər.

Bunu “Report”a açıqlamasında Suriyada başı verən son proseslər fonunda hadisələrin mümkün inkişaf istiqamətini şərh edən Türkiyənin Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) rəhbəri Əhməd Uysal deyib.

Onun sözlərinə görə, Suriyanın müvəqqəti hökuməti yaranmış situasiyada əsas diqqətini ilk növbədə özünün legitimlik məsələsinin həllinə yönəldib:

“Əsasən, İdlibdəki qüvvələr Bəşər Əsəd rejimini devirmək üçün prosesə müdaxilə etdilər və hazırda ciddi təsir imkanlarına malik olmaları normaldır. Onlar artıq beynəlxalq müstəvidə legitimlik qazanmağa və siyasətlərini qəbul etdirməyə çalışacaqlar. Hazırda böyük güclərin onların yürütdüyü siyasəti qəbul edəcəyinə dair fikirlər var. Əsədi dəstəkləyən Rusiyadan fərqli olaraq ABŞ və Avropa ölkələri Suriyadakı proseslərlə bağlı mənfi fikir səsləndirmirlər. Türkiyənin də hazırkı müvəqqəti hökuməti qəbul etməsində problem yaşanmayacaq”.

Əhməd Uysal

Ekspert vurğulayıb ki, müvəqqəti hökumət təcili olaraq ölkədə ümumi və iqtisadi təhlükəsizliyi, eləcə də sabitliyi təmin etməlidir:

“Əvvəlcə böyük şəhərlərdə təhlükəsizlik təmin olunmalıdır. PKK, İŞİD kimi terror təşkilatları hər hansı boşluqdan istifadə etməyə çalışacaqlar. Ona görə də Türkiyə və digər ölkələrin dəstəyi ilə Suriyada qısa müddətdə təhlükəsizlik təmin olunarsa, xaos riski ortadan qaldırılar. Yeni hökumət mövcud dövlət strukturlarını dağıtmaq yox, onları yeniləmək istəyir. Çünki belə bir vəziyyətdə mövcud sistemin dağıdılması xaosa yol aça bilər. Hökumət mənsubları bunu nəzərə alırlar”.

Əsəd rejimi dövründə ölkəni tərk edən suriyalı qaçqınların geri qaytarılması məsələsinə gəldikdə isə həmsöhbətimiz bunun vaxt tələb edən proses olduğunu söyləyib:

“Hazırda ölkələrinə üz tutan suriyalıların heç də hamısı birdəfəlik qayıtmırlar, onların çoxu geridə qoyduqları evlərini, sahib olduqları mülklərini yoxlamaq üçün oraya gedirlər. Bəziləri isə sadəcə itkin düşmüş qohumlarının taleyi barədə məlumat almaq istəyirlər. Suriyalıların bu tezliklə ölkələrinə qayıtmaları mümkün deyil. Amma qarşıdakı dövrdə Suriyada sabitlik təmin edildikdən sonra onlar geri dönəcəklər".

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, suriyalı qaçqınların heç də hamısı geri qayıtmayacaq:

"Məsələn, iqtisadi problemlər üzündən vaxtilə Türkiyədən Almaniyaya gedən insanların əksəriyyəti iqtisadi vəziyyət düzəldikdən sonra da geri qayıtmadılar. Çünki artıq orada müəyyən bir həyat qurmuşdular”.

Ə.Uysal Əsəd rejiminin devrilməsi ilə Suriyada sabitliyin daha dayanıqlı olacağını diqqətə çatdırıb:

“Türkiyə Suriyada sabitliyin təmin olunmasına dəstək verdikcə, ölkələrini tərk etmiş suriyalılar da geri qayıdacaqlar. Qayıtmaq istəməyənlər isə qeyri-leqal yollarla da olsa, həyatlarını başqa ölkələrdə davam etdirəcəklər. Ancaq bəzi ölkələrdə suriyalıların geri qayıtmaları ilə bağlı hər hansı tələb yoxdur".

Ə.Uysal vurğulayıb ki, həmin dövlətlər Suriyadan olan qaçqınları hələ də qəbul etməkdədirlər.

"Çünki Avropa ölkələrində gənclərə ehtiyac var. Fələstindən sonra suriyalılar da son on ildə dünyanın hər yerinə səpələnərək qlobal diaspor formalaşdırıblar. Onlar çalışqan olduqları üçün tədricən güclənərək olduqları ölkələrdə Suriya lobbisinin təsirli gücə çevrilməsinə nail olacaqlar”, - o deyib.

Ekspert bunun Türkiyəyə də müəyyən divident qaqzandıra biləcəyini vurğulayıb:

“Çünki Türkiyə yeni Suriyanın müttəfiqi olaraq ərəb dünyası ilə münasibətləri ciddi şəkildə inkişaf etdirə bilər. Suriyadakı PKK və İran layihəsi Türkiyənin ərəb dünyası ilə əlaqələrini pozmağa yönəlmiş plan idi. İndi isə bu oyun pozulub, ərəb dünyası ilə Türkiyə bundan sonra daha yaxşı münasibət qura biləcək, bu da bölgədə sabitlik üçün önəmli faktora çevriləcək. Azərbaycan və Türkiyənin region ölkələri ilə münasibətləri daha da yaxşılaşacaq”.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov isə “Report”a açıqlamasında bildirib ki, Suriya öz gələcəyini qurmağa sıfırdan başlamalıdır:

“Çünki Suriyada dəyişən yalnız hakimiyyət yox, həm də dövlətin üsul-idarəsidir. Əsəd rejimi, əsasən, ərəb milliyyətçiliyi üzərində qurulmuş dünyəvi dövlət modelinə malik idi. Bundan sonra isə böyük ehtimalla, dövlət idarəçiliyində dini qaydalar əsas götürüləcək”.

Politoloq vurğulayıb ki, Suriyanın daxilində hərbi iştirakı olan oyunçular çoxdur:

“Bu isə ölkədə vətəndaş müharibəsinin yeni mərhələyə qədəm qoymasına şərait yaradan amildir. Ona görə də müvəqqəti hökumətin legitimliyi, demək olar ki, hələ sual altındadır. Legitimliyi təmin etmək üçün hökumətin dəqiq proqramı olmalı, atacağı əsas addımlarla əlaqədar suallar qalmamalıdır. Ölkədə hakimiyyətin hamı tərəfindən qəbul edilməsi təmin olunmalıdır. Bütün bunlardan sonra hərbi qrupların tərksilah edilməsi və dövlətin güc aparatının formalaşması lazımdır”.

F.Məmmədov Suriyadakı vəziyyətlə bağlı pozitiv məqamların olduğunu da vurğulayıb:

“Müsbət cəhətlərdən biri budur ki, müəyyən ölkələr Suriyada sabitliyin bərpasında maraqlıdır və oraya sərmayə qoymağa hazırdır. Türkiyə kimi dərin dövlətçilik təcrübəsinə malik olan bir ölkə Suriyaya institusional kömək etməkdən imtina etməz. Bütün bunlar isə Suriyanın sabit dövlət quruculuğu prosesinə başlaya biləcəyinə ümid yaradır”.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://report.az
archiveBu xəbər 12 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri