Icma.az
close
up
RU
ABŞ nin İsraillə birgə Suriyada ŞOK PLANI Türkiyəni nə gözləyir?

ABŞ nin İsraillə birgə Suriyada ŞOK PLANI Türkiyəni nə gözləyir?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlaması Ankaranın ABŞ ilə bağlı gözləntilərindən xəbər verir. Belə ki, o, ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmasını gözlədiklərini deyib.

“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə bunu yaradacağıq. ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi. Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, – deyə o bildirib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Türkiyəni narahat edən əsas məsələ Suriyanın şimal-şərqindəki silahlı kürd qruplarıdır:

“Həqiqətən də Ankara Vaşinqtonun Suriyanı, xüsusilə də ölkənin YPG qruplaşmalarının nəzarətində olan şimal-şərq hissəsini tərk etməsini gözləyir. Hələlik qarşı tərəfdən reaksiya gəlməyib. Donald Tramp birinci prezidentlik dövründə ABŞ qoşunlarının Suriyanı tərk etməsi qərarını vermişdi. Özü ilə yanaşı, Co Bayden hakimiyyəti zamanı bu proses böyük ölçüdə aparılırdı. Lakin daha sonra 400 nəfərlik qarnizonun qalması qərara alındı. Beləcə ABŞ tam olaraq Suriyanı tərk etmədi. Hazırda isə Suriyada ABŞ hərbiçilərinin sayı 2500 nəfərdi.

Vaşinqton əsasən YPG, dolayı yolla isə Suriyadakı neft yataqlarına nəzarəti itirməmək üçün bu addımı atdı. Həmçinin İran və Rusiyanın da bu ölkədəki nüfuzunu artırması riskini qərarda təsiredici faktor saymaq olar. Suriyada Bəşər Əsəd rejimi devrilsə də, mərkəzi hakimiyyət tam qurulmayıb. Hətta vaxtaşırı Əsəd qüvvələri ilə mövcud hakimiyyət qüvvələri arasında toqquşmalar, lokal döyüşlər də baş verir. Türkiyəni isə əsasən YPG məsələsi narahat edir”.

Politoloq vurğulayıb ki, ABŞ-nin yaxın gələcəkdə qoşunlarını Suriyadan çıxarması real görünmür:

“Əvvəl də dediyim kimi, YPG-nin dövlətləşməsi ABŞ tərəfindən tamamlanıb. Qruplaşmanın özünə aid ordusu və nəzarət etdiyi geniş ərazi var. Hətta Əsəd rejiminin devrilməsindən sonra yeni hakimiyyətlə danışıqlara da cəhd etdilər. Lakin Türkiyə İraqdan sonra Suriyada kürd muxtariyyətinin yaradılmasını istəmir. ABŞ və İsrail isə bu məsələdə fərqli düşünür. Tramp-Ərdoğan münasibətləri müsbət olsa da, Suriya məsələsində liderlərin fikirləri ayrıdır. Yəni ABŞ YPG muxtariyyət əldə etmədən çətin ki, Suriyadan tam çıxsın. Bunu İsrail də istəmir. Çünki Təl-Əviv də son zamanlar Suriyanın cənubunda hərbi əməliyyatlar keçirir. Eyni zamanda ələvilər və durzilərə dəstəyi də məlumdur. Nəticə etibarilə tezliklə ABŞ qoşunlarının Suriyadan çıxarılması mümkün görünmür. Bu məsələ də gələcəkdə Vaşinqtonla Ankara arasında gərginliyə səbəb ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri