Suriyada yeni parlament işə başladı
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İyunun 8-də Suriyada yeni parlament fəaliyyətə başlayacaq.
“Cebheinfo.az”-ın məlumatına görə, Suriyanın yeni qanunvericiliyinə görə, deputat korpusunun üçdə ikisi, yəni 210 yerdən 140-ı əhali tərəfindən seçilir, daha 70 deputat isə Prezident tərəfindən təyin edilir.
2025-ci ilin sentyabr ayında keçirilən seçkilərdə 140 yerdən 119-nun nəticələri elan edilib. Kürdlərin yaşadığı Haseke və Rakka əyalətlərində, eləcə də Druz əyaləti olan Suveydada 21 yerə səsvermə hələ keçirilməyib.
Bu ilin mart ayında kürd qüvvələri ilə razılığa gəldikdən sonra Rakkada seçkilər baş tutub. İkisi Əyn əl-Ərəbdən (Kobani), üçüncüsü Həsəkədən, bir nəfər isə Qamışlıdan olmaqla 4 nəfər deputat mandatı qazanıb.
Suveydada heç vaxt seçkilər keçirilməyib. Yerli Druz lideri Hikmət əl-Hicri bir daha Druzların Dəməşqə tabe olmaq niyyətində olmadığını və müstəqillik uğrunda mübarizəni davam etdirəcəklərini bildirib.
Beləliklə, dürzilər, onların iştirakı olmadan formalaşdırılan yeni Suriya parlamentində faktiki olaraq təmsil olunmayacaqlar.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:83
Bu xəbər 26 May 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















