Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Suriyada yeni parlament idarəçiliyi formalaşır

Suriyada yeni parlament idarəçiliyi formalaşır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən həftənin bazar günü, oktyabrın 5-də Suriyanın Xalq Şurasına – parlamentinə yeni seçkilər keçirilib. Bu barədə məlumatı “Anadolu” verib.

Ölkənin SANA xəbər agentliyinin məlumatına görə, Ali Seçki Komissiyasının sözçüsü Nevar Nejmeh bütün əyalətlərdə səsvermənin başa çatdığını açıqlayıb. Onun sözlərinə görə, Rakka, Süveyda və Haseke əyalətləri istisna olmaqla, 11 vilayətdə 50 dairə komissiyası tərəfindən keçirilən seçkilərdə ümumilikdə 1578 namizəd iştirak edib.

Ölkədə vətəndaş müharibəsinin yaratdığı dağıntılar, şəxsiyyəti təsdiq edən sənədlərin və ünvanların olmaması, əhalinin yarıdan çoxunun ölkə daxilində və başqa ölkələrdə didərgin həyatlı yaşaması səbəbindən seçkilər birbaşa ümumxalq səsverməsi yolu ilə deyil, təmsilçilik prinsipi əsasında seçki komissiyaları vasitəsilə keçirilib.

Suriyanın keçid parlamentinin 210 üzvü olacaq. Onlardan 70 nəfəri ölkənin müvəqqəti prezidenti Əhməd əl-Şaraa, 140 nəfəri isə hökumət tərəfindən yaradılmış seçki komissiyalarındakı seçicilər tərəfindən seçilib. Qeydə alınmış seçicilərin sayı təxminən 6000 nəfər olub.

Parlamentdə nəzərdə tutulan 210 yer uğrunda ümumilikdə 1578 namizəd mübarizə aparıb ki, onlardan 221 nəfəri qadın olub. Keçid parlamentinin 3 il fəaliyyət göstərməsi nəzərdə tutulur. Suriyanın yeni konstitusiyası qəbul edildikdən sonra isə parlamentə yeni seçkilər keçiriləcək.

Hökumət hesab edir ki, geniş ümumxalq səsverməsinin keçirilməsi “hazırda seçicilərin dəqiq qeydə alınmasındakı çətinliklərə görə mümkün deyil”. Bundan əlavə, ölkənin bəzi bölgələrində təhlükəsizliklə əlaqədar birbaşa səsvermə keçirmək risklidir. Bu ərazilərə etnik kürdlərin nəzarətində olan şimal-şərq əyalətləri, eləcə də “əvvəllər bədəvi tayfaları ilə druz dini azlığı arasında toqquşmaların baş verdiyi” cənub bölgələri daxildir.

Suriyada artıq baş tutmuş yeni seçkilər, bir çox daxili və xarici praqmatik ekspertlərin fikrincə, irəliyə doğru atılmış addımdır. Onlar hesab edirlər ki, ölkədə aparılmış uzunmüddətli müharibədən, yaranmış böyükmiqyaslı dağıntı və xaosdan sonra dövlət yenidən qurulur və hakimiyyət özünün nəzarətində olan, heç bir müxalif qurumun müdaxilə edə bilməyəcəyi bir məclis formalaşdırır. Hazırda ölkənin daxildə separatçı qruplaşmalar fəaliyyət göstərdiyinə, eləcə də keçmiş rejimin tör-töküntüləri və xarici təhdidlər hələ də davam etdiyinə görə indiki halda baş tutmuş seçki yalnız “irəliyə doğru bir addım” hesab olunmalıdır.

Bununla belə, siyasi təhlilçilər ehtiyat edirlər ki, parlament seçkilərinin məhdud dairədə keçirilməsi Suriyada separatizm çağırışlarını gücləndirə, hakimiyyətin legitimliyini şübhə altına ala və ümumiyyətlə, xalqın demokratik dəyişikliklərə ümidini sarsıda bilər. Amma bütövlükdə proses ölkədə yeni dövlət quruculuğu istiqamətində müsbət addım kimi qiymətləndirilir.

Onu da qeyd edək ki, ölkədə parlament seçkiləri ilkin olaraq sentyabrın 15-20-nə təyin edilsə də, sonradan Ali Seçki Komissiyası “logistik səbəblərə görə” onları oktyabrın əvvəlinə təxirə salıb.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri