Icma.az
close
up
RU
Suriyanı qarışdıran gizli qüvvə Prosesin arxasında bu ölkə var

Suriyanı qarışdıran gizli qüvvə Prosesin arxasında bu ölkə var

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriyada vəziyyət yenidən gərginləşib. Yayılan xəbərlərdə proses devrilmiş lider Bəşər Əsədə bağlı qüvvələrlə Əhməd əş-Şaraya sadiq yeni hökumət gücləri arasında döyüşlər kimi təqdim edilir, lakin məsələ bir qədər fərqlidir.

Hər şeydən öncə ələvi və nusayrilərin Əsədin devrilmə prosesində susub, o ölkədən qaçandan aylar sonra hərəkətə keçməsi məntiqsiz görünür.

Ümumiyyətlə, bu hadisə ələvi-nusayri qiyamı və yeni hakimiyyətin üsyanı yatırtma cəhdidir. Ələvilərin gec-tez Suriyada muxtariyyət, hətta müstəqillik iddiası ilə çıxış etməsi gözlənilirdi. Onsuz da Suriyada hakimiyyət dəyişikliyi fonunda ölkədəki ələvilər ciddi narahatlıq içində idilər. Ələvilərdən fərqli olaraq nusayrilər Əsəd ailəsinin ən sadiq tərəfdarları olub. Rejimin devrilməsi və Suriyanın yeni lideri Əhməd əş-Şaranın hakimiyyətə gəlməsi fonunda ələvi-nusayrilərin hədəfə gəlməsi an məsələsi idi.

Əslində, bunun ən təməl səbəbi əş-Şaranın radikal keçmişi ilə bağlıdır. İŞİD-in Yaxın Şərqdə yaratdığı qorxu və etdiyi qətliamlar, Əş-Şaranın bir dövr yollarının bu terror təşkilatı ilə kəsişməsi ələvi-nusayriləri narahat edirdi. Şara yeni konstitusiyada etnik və dini azlıqların hüquqlarının tanınacağını desə də, ələvilər buna inanmır.

Əş-Şaranı hərəkətə keçirən əsas məsələ isə bu ilin fevralında türkmənlər, kürdlər və ərəblərdən ibarət Suriya ələvilərinin ölkənin qərbindəki Uqarit bölgəsində muxtariyyət elan etməsi oldu. Ələvilərin muxtariyyət elan etdiyi Uqarit bölgəsi Suriyanın Latakiya və Tartus vilayətlərini əhatə edir. Bu vilayətlər strateji baxımdan çox mühümdür, çünki Suriyanın Aralıq dənizinə çıxışını təmin edir. Yəni Uqarit bölgəsinin muxtar olması Suriyanın Aralıq dənizinə çıxışını bloklaya bilər.

İndiki məqamda əsas sual isə ələviləri üsyana kimin sövq etməsidir. Əslində bir çox yerli-xarici ekspert Rusiya-İran faktorunu qabardır. Xüsusilə İranın ələvi qiyamının pərdəarxasındakı ölkə olduğunu iddia edir. Bu iddianı əsaslandıranların arqumenti isə dekabrın sonlarında Türkiyə xarici işlər naziri Hakan Fidanın Dəməşqə ilk səfərində İranın ali rəhbəri Əli Xameneinin Suriya gənclərini “ayağa qalxmağa” çağırmasıdır.

İran ali rəhbərinin ələvilər üzərində nüfuzu yoxdur. Ümumiyyətlə, ələvilik şiəlikdən gəlsə də, xeyli fərqləri var. Bu mənada İrandan çox prosesin pərdəarxasında İsrailin olması daha realdır. Bunu ələvi qiyamının başladığı vaxt da təsdiq edir.

Qiyam yeni hökumətin cənubda druzi, şərqdə isə kürd separatizmi arasında sıxışdığı bir vaxtda başlayıb. Proses sabiq rejimlə yeni rejim arasındakı güc və sərvət mübarizəsi kimi görünsə də, regional dinamika daha çox diqqət çəkir.

İsrail regionun siyasi xəritəsini öz maraqları çərçivəsində tərtib etmək istəyir. Bu prosesi Qəzzada HƏMAS, Livanın cənubunda “Hizbullah”la mübarizə fonunda açıq-aydın gördük. Sıra Suriyadadır. Qeyd etdiyim kimi, İsrail Suriyanı zəiflətmək üçün cənubda druzi, şərqdə kürd, şimal-qərbdə isə ələviləri ayaqlandırır. Təl-Əvivin Suriyanı parçalayıb, ya da sırf zəiflətmək üçün belə bir plan irəli sürdüyünü zaman göstərəcək. Proses Suriya üçün heç də xoş deyil.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri