Icma.az
close
up
RU
Suriyanın taleyi masa üzərindədir, həll olunur ŞƏRH

Suriyanın taleyi masa üzərindədir, həll olunur ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İnsanlar Bəşər Əsəd rejimindən gördükləri işgəncə və müsibətin aradan qaldırılması uğrunda mübarizə aparırlar


“Suriya azadlığının necə olacağı, hansı formada təmin olunacağı isə ortaya çıxacaq gücün irəli sürəcəyi diktədən, nəticədən, plandan asılı olacaq"


"Suriyada baş verənlər Yaxın Şərqdə yaşanan proseslərin davamıdır. Bu, bir domino effektidir. HƏMAS zəifləyir, Hizbullah zəifləyir, ardınca Şam rejimi zəifləyir". Bu barədə politoloq Sədrəddin Soltan deyib. Ekspert bildirib ki, "Heyəti Təhrir əş-Şam"ın (HTŞ) ortalığa çıxması ilə bir növ "Taliban"ı xatırladır. Əfqanıstanda çoxsaylı hərbi qruplaşmalar, silahlı dəstələr var idi. Ortaya birdən "Taliban" çıxır. "Taliban" keçmiş cihadçılar, sovetlərə qarşı mübarizə aparmış ABŞ-nin xüsusi təyinatlılarının hazırladığı bir dəstədir. "Taliban" Əfqanıstanı bütövlükdə nəzarət altına alır. Bir növ HTŞ-nin davranışı da ona oxşayır. Çünki HTŞ-də həm ABŞ-nin təlimçiləri, həm də "Əl-Qaidə", İŞİD, "Ən-Nusra" və s. təşkilatlardan, siyasi-hərbi birləşmələrdən əmələ gəlmiş bir qruplaşmadır. Burada maraqların toqquşmasında Qərbin, Rusiya və Çinin marağı var. Çinin marağı zəifdir. Çin müharibə tərəfdarı yox, əməkdaşlıq tərəfdarıdır. Rusiya Suriyanın ərazi bütövlüyü və keçid hökuməti tərəfdarıdır. Yerdə sadəcə İran qalır. Domino daşları -  HƏMAS, Hizbullah, Şam və Tehrandır. İranla Suriya arasında hərbi əməkdaşlığa dair çoxsaylı müqavilələr var. Hesab edirəm ki, perspektivdə hətta İran Şamı, yəni Bəşər Əsədi müdafiə etmək üçün ölkəyə açıq şəkildə ordu yeridə bilər. Bu, İranın Dəməşqdə sonunun başlanğıcı ola bilər. Həm də Qərbin maraqlarının həyata keçməsinin davamıdır. İsrailin təhlükəsizliyi Qərbin regionda maraqlarının təhlükəsizliyidir. Bu maraqlara mane olan yeganə tıxac İran və onun proksi qüvvələridir. Əslində, Bəşər Əsəd də İranın proksi qüvvəsidir. Şam İranın ikinci siyasi, dini-ideoloji mərkəzidir". 

Analitik vurğulayıb ki, Suriyada Türkiyənin də maraqları var: 

"Əgər İraqın şimalındakı kimi Suriyanın da şimalında "özünü idarəetmə" qurumu yaranarsa, bu, Türkiyənin ərazi bütövlüyünün təhdid olunmasıdır. Ona görə Türkiyə bu məsələdə oyunçudur. Suriya Azadlıq Ordusunu əvvəl olduğu kimi bu gün də dəstəkləməkdədir. Amma Suriya Azadlıq Ordusunun tərkibində türk vətəndaşları döyüşmür. Orada haqqı onillərdir tapdanan türkmənlər döyüşürlər. Bunu da heç kim gizlətmir. Prezident R.T.Ərdoğan hələ 10 il bundan qabaq qeyd etdi ki, Suriya Azadlıq Ordusu ABŞ ilə birlikdə yaradılıb. Əgər ərəblər Suriyanın azadlığı, Əsədin devrilməsi uğrunda mübarizə aparırsa, bu, Səudiyyə Ərəbistanın olmur ki? O zaman türkmənlər də mütləq Türkiyə hökumətinə bağlı olmalı deyil. Bu insanların hamısı Bəşər Əsəd rejimindən gördükləri işgəncə və müsibətin aradan qaldırılması uğrunda mübarizə aparırlar. Suriya azadlığının necə olacağı, hansı formada təmin olunacağı isə ortaya çıxacaq gücün irəli sürəcəyi diktədən, nəticədən, plandan asılı olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Dekabr 2024 04:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri